SON DƏQİQƏ:

MƏNİM TANIDIĞIM PƏRVİN İSMAYILOVA

  69347   |  
Şriftin ölçüsü  

… Hər hansı bir yazarın maraqlı məqaləsini oxuyanda, yaxud da çəkdiyi süjeti televizorda görəndə istər-istəməz kövrəlirəm. Çünki bu yazarlar öz oxucusunu, dinləyicisini və tamaşaçısını düşündürməyi bacarırlar…

… Bir neçə həftə bundan öncə «SPACE» Televiziya Kanalında telejurnalist Pərvin İsmayılovanın Füzulidən hazırladığı bir süjetə baxdım. Bu süjetdə Pərvin xanım aprel şəhidlərindən biri barəsində söhbət açırdı. Həmin şəhid özü də Füzuli rayonundandı. Qəribədir ki, həmin süjetə baxanda o qədər kövrəldim ki, göz yaşlarımı saxlaya bilmədim.

Belə ki, şəhidin övladı dəfn zamanı atasının tabutuna üzünü sürtür və ondan ayrılmaq istəmirdi. Bu anları təbii ki, görmək bir tamaşaçı və bir yazar olaraq mənim üçün çox ağır idi. Ən azından ona görə ki, mən də yaxşı bilirəm ki, torpaq ağrısı, şəhid vermək nə deməkdir…

… O uşağı tabutdan aralaya bilmirdilər…. O uşaq atasından ayrılmaq istəmirdi… O uşaq sonuncu dəfə atasının tabutunun yanında özünü daha güclü hiss edirdi və düşünürdü ki, atası hələ ki, dəfn edilməyib və onun yanındadır. Amma bir azdan o tabutdan uzaqlaşacaq və şəhid isə dəfn ediləcəkdi...

… Uşaq sonradan bildirir ki, ona görə tabuta üzümü sürtüb ağlayırdım ki, bu mənim atamla son görüşüm idi. Mən atamı həmişə güclü bilmişəm. Bilmişəm ki, atam heç vaxt ermənidən çəkinməyib və son nəfəsinə qədər döyüşüb…

Sözün düzü, bu süjetə axıra qədər baxandan sonra telejurnalist Pərvin xanıma telefon açdım və maraqlı, qeyri-adi yanaşmasına görə, ona ürək sözlərimi bildirdim. Təbii ki, Pərvin xanımın çəkdiyi hər bir süjet öz aktuallığı, rəngarəngliyi ilə həmişə fərqlənib. Aprel döyüşləri ilə bağlı lentə aldığı süjet isə mənim üçün bir daha unudulmaz və yaddan çıxmaz idi. Bu barədə düşüncələrimi və fikirlərimi Pərvin xanımın özünə çatdırdım.

… O ürəkdə ki, vətən sevgisi var, millət sevgisi var həmişə bu duyğular səni vətənin ən çətin, ən ağır, ən qaynar nöqtəsinə çəkəcək. Pərvin İsmayılova da telejurnalist olmamışdan öncə vətənini sevən, millətini sevən vətənpərvər bir xanımdır. Ona görə deyirəm ki, mən onu tez-tez ən çətin yerlərdən reportaj hazırlanmasını efirdə görürəm. Zarafat deyil, bir gündə «Xəbərlər» proqramında iki-üç süjet hazırlamaq və efirə çıxmaq jurnalistdən çox böyük istedad, savad, elm, bacarıq tələb edir. Ən başlıcası isə o qədər çevik və operativ olmalısan ki, hər hansı mövzunu digərlərindən daha tez tapasan və onu işləyib gündəmə çıxarasan. Mənə elə gəlir ki, Pərvin İsmayılova bir telejurnalist kimi gənc olsa da artıq püxtələşib, zamanın bütün çətinliklərini, sınaqlarını arxada qoyub.

Çətinlik dedim, Pərvin xamının 10 il bundan əvvəlki fəaliyyəti yadıma düşdü. O bir vaxtlar iş tapmaqda çətinlik çəkirdi. Amma buna baxmayaraq, öz istedadı, zəhməti ilə yol açmağı bacardı. Bir müddət «Həftə içi» qəzetində çalışdı, məhz orda da maraqlı və müxtəlif janrlı yazıları ilə həm oxucuların, həm də müxtəlif yazarların diqqətini cəlb elədi. Pərvin İsmayılova o xanımlardandır ki, qarşısına çıxan hər bir çətinliyi dəf eləməyi bacarıb. Onun nə elə arxası olub, nə elə köməyi olub, nə də elə imkanları olub. Hər şeyi öz gücünə, öz iradəsi hesabına dəf edə bilib…

Mənə elə gəlir ki, Pərvin xanım həyatın bütün sərt üzünü çoxdan görüb. Yəni həyat onu hər cür imtahana, sınağa çəkib. Düzdü, vaxt olub ki, o sıxılıb, büdrəyib. Ancaq heç vaxt yıxılmayıb. Özünü toparlamağı, mübarizə aparmağı və ən nəhayət, ayağa qalxmağı bacarıb və gəlib olub Pərvin İsmayılova…

Təbii ki, onun «SPACE» kanalına gəlib çıxması və orda özünə böyük tamaşaçı məhəbbəti qazanması təsadüfi deyil. Ən azından ona görə ki, Pərvin hansı qəzetdə çalışıbsa, orda redaktorun və oxucuların hörmətini qazanmağı bacarıb. Bu cür hörmətli və məşhur televiziya kanalında nüfuz qazanmaq və özünü təsdiq etmək də o qədər asan deyil. Orda işə qəbul olmaq nə qədər çətindisə, mövqe tutmaq, imzanı tanıtdırmaq və telejurnalist kimi özünü sevdirmək bir o qədər çətindir. Amma mən deyirdim bu illər ərzində Pərvin İsmayılova nəinki yaradıcı kollektivdə özünə nüfuz qazanıb, həm də tamaşaçı auditoriyası qarşısında böyük bir sevgi qazanmağı bacarıb.

Bayaq dedim ki, Pərvin İsmayılovanın elə bir arxası və köməyi yoxdur. Bu cür insanların Allahdan savayı və bir də Allahın ürəklərinə sevgi saldığı insanlardan özgə sığındığı heç bir qüvvə olmur. Mənə elə gəlir ki, istedadı, savadı, bacarığı və çevikliyi ilə Pərvin İsmayılova onu sevənləri həmişə sevindirməyi bacarıb. Çünki kimsə ona bir göstəriş veribsə, tapşırıq veribsə, o da həmin tapşırığı çox peşəkarlıqla və yüksək səviyyədə icra etməyə nail olub.

Pərvin İsmayılova gəncdir, hələ onu qarşıda çox böyük sınaqlar və uğurlar gözləyir. Amma mən inanıram ki, bu istedadın, bu zəhmətin, bu sənətin sahibi onu qarşıda gözləyən hər bir çətinlikdən uğurla çıxacaq və özünü bir daha telejurnalist kimi sübut edəcəkdir. Çünki buna Pərvin xanımın həm istedadı, həm də peşəkarlığı bəs edir.

… Və bir də sonda onu demək istəyirəm ki, hər dəfə efirə çıxanda Pərvin İsmayılova öz tamaşaçılarını və onu sevənləri yeni süjetləri ilə sevindirir və onlara xoş bir ovqat bəxş edir. Qoy onun ovqatı həmişə yaxşı olsun və tamaşaçılarına da müsbət aura aşılaya bilsin…

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK