adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: QARA TORPAQ, MUĞAYAT OL ANAMDAN...

FAİQ QİSMƏTOĞLU
47338 | 2019-04-26 15:30

Dostum, tibbelmləri namizədi, kardioloq Rafiq Yusiflinin anası Zinyət xanımın xatirəsinə

... Analar bizəlayla çalıblar, bayatılar deyiblər və gecələr yuxusuz qalıb bələyimizi tez-tezdəyişiblər! Nə var, nə var, balaları əziyyət çəkmədən, sıxıntı yaşamadan,iztirablar içində olmadan böyüsünlər. Və analar heç kimin çəkmədiyi, heç kiminyaşamadığı, heç kimin üzləşmədiyi çətinlikləri, sıxıntıları və əzablarıyaşayıblar...

VaqifBəhmənlinin gözəl bir şeiri var: "Anam yuxuma girmir”. Şeirin məzmunu belədirki, hamı yuxusuna girir, hər şeyi yuxusunda görür, ancaq anasını yuxusunda görəbilmir. Və şeirin axırı da belə bir sonluqla bitir: anam ona görə yuxuma girmirki, mən ölüdən qorxuram! Hətta böyük Vaqif Bəhmənlinin təsvir etdiyi ana yuxuyagirməməklə balasının ürəyinə xal salmaq istəmir.

... Və yadımayenə böyük yazıçı Ənvər Məmmədxanlının "Buz heykəl” düşür. Ana uşağını qorumaqvə şaxtadan, qardan xilas eləmək üçün paltarını soyunub onun əyninə geyindirir.Uşağı xilas edir, özü isə buz heykələ dönür. Eşq olsun belə analara!

MəhəmmədPeyğəmbər deyib: "Cənnət anaların ayaqları altındadır!” Bu sözün böyüklüyünəheç kim şəkk-şübhə eləyə bilməz. Çünki analar doğurdan da cənnətin qapısındaniçəri girə bilirlər. Ən azından ona görə ki, onlar anadırlar! Böyük qardaşımrəhmətə gedəndə anamla atamın yanında çox balaca bir yer vardı. Qohum-əqrabadedi ki, aşağıda da boş yer var, ora lap rahat olar. Ancaq mən dincəlmədim,"yox” dedim. Axı, anamın qəbrinin yanında bir az da olsa, boş yer vardı. Həttaağsaqqal əmimin sözünü də yerə saldım.Qəbir qazanları ora apardım, dedilər ki, burda yer var və qardaşımı onunayaqları altında dəfn elədik. Bundan sonra ürəyim bir az toxdadı...

Yaxın dostum vəgözəl insan Rafiq Yusifliyə bir həftənin içində iki ağır itki üz verib. AnasıZinyət xanım və bacısı Mayangül xanım dünyasını dəyişib. Allah hər iki gözəlinsana rəhmət eləsin!

Rafiq Yusifli yaxınqohumumdur. Yaxın qohumum olmaqla yanaşı, biz onunla uzun illərdir dostluq eləyirik.Çünki o, həkim olmaqla yanaşı, gözəl şairdir, böyük qəlbi var və həm də həradamı anlayan insandı. Başqa sözlə demiş olsaq, o, böyük ziyalı və böyük dəinsandı. Bizim dostluğumuz qohumluğu üstələyib. Ən azından ayda üç-dörd dəfəbir-birimizlə telefonla danışırıq. Vaxt olanda görüşüb dərdimizi də bölüşürük,bir stəkan çay içirik.

... Necəoldusa, son 15 gündə onunla əlaqə yarada bilmədim. Bu da səhhətimdə yaranmışmüəyyən ağrı-acıyla bağlı idi. Və bir də eşitdim ki, mənim yaxın dostum qısazamanda həm anasını itirib, həm də bacısını. Bunu da mənə qələm dostum,istedadlı şair-publisist Əbülfət Mədətoğlu dedi. Mən də həmin an ona telefonaçdım. Dərdini, kədərini bildirmək istəmirdi. Özüm dedim ki, bəs belə birhadisə olub, mənə niyə deməmisən? O dabildirdi ki, istəmədim sizə əziyyət verim. İnsanın böyüklüyünə bax ey, bu boydada ürək olarmı? Olar! Bu ürəyin sahibi Rafiq Yusiflidir!

Rafiq həkim mənimözümün, qardaşımın, bacımın, qohum-əqrabamın və çoxlu sayda dost-tanışımın oqədər əziyyətini çəkib. Harda imkansız, kimsəsiz adam varsa, Rafiq həkiminüstünə göndərmişəm. O da təmənnasız olaraq onları müayinə edib, müalicə yazıb.Hamısı da şəfa tapıb! Bir dəfə xahiş eləyəndə görmədim ki, dilini sürüsün, qaşıdüyünlənsin! Həmişə hər zəngimi, hər xahişimi qardaşım qədər səmimiyyətlə qəbuledib.

Və bir dəfə dəolsun bayaq dediyim kimi, sifətini turşutmayıb. Rafiq Yusifli çox dərdliadamdır. Vətənini itirib, torpağını itirib, evini-eşiyini itirib. Və ənnəhayət, buz baltası kimi iki qeyrətli qardaşını itirib. Və o qardaşlarıFüzulidə hamı mərd oğlan kimi tanıyır.

Onlardan birirəhmətlik Mobil Yusifov Füzulidə yaradılmış ilk könüllülər batalyonununkomandiri olub. Bədənində, canında mərmilər daşıyırdı. Amma bir dəfə də demədiki, mən niyə bu günə düşdüm.

Dünya boydadərdi olan Rafiq Yusifli heç vaxt dərdini kiməsə danışmayıb. O heç vaxtağrısını-acısını başqaları kimi digərlərinə ötürməyib. Və o heç vaxt qəmdəryasına dostları yanında qərq olmyıb, əksinə, çalışıb ki, sənə müsbət enerjiötürsün...

... Cəmi onu birdəfə kövrələn gördüm, onda da günahkar mən idim. Mobilin qırxı çıxmamışdı,ondan söhbət saldım. Gördüm qəhər onu boğdu, gözləri doldu. Səhvimi anladım, odəqiqə araya başqa bir söhbət qatdım. Dedimki, Köndələn çayının üstündəki "Çənlibel”in yerini heç bir restoran verəbilməz. Orda yediyin kabab, içdiyin çay, su başqa cür idi. Və o yüksəklikdəndurub Köndələnə baxanda özünü cənnətdə hiss eləyirdin. Mən danışanda o "hə” dedi. Sevindim ki,dostumu qəm dəryasından ayıra bildim və günahım yüngülləşdi. Sonra fikrinidavam etdirib dedi ki, o yerlərə qayıda bilsəydik, ölsək də dərdimiz olmayacaq.Sözünə söykək olaraq "İnşallahqayıdarıq” – dedim.

Rafiq həkimanasını göz bəbəyi kimi qoruyurdu. Anası uzun illər xəstə olsa da onun nazı iləoynayırdı. Və həmişə də çalışırdı ki, dərdini, kədərini anasından gizlətsin.Rafiq həkimin anası mənim qohumumdur – Zinyət xalanı deyirəm. Allah rəhməteləsin! Rəhmətlik anam Mirvari arvad o qədər Zinyət xala haqqında danışıb ki, osöhbətlər bu gün də yadımdan çıxmır. Deyirdi ki, müharibə vaxtı biz uşaq olandazinyət xala çörəyin yarısını mənə, Mənsum həkimə, Hidayət həkimə verərdi. Vəbiz də sevinə-sevinə evimizə qayıdardıq. Anam deyərdi ki, ay köpək qızı, bəlkəçörəyi hardansa oğurlamısınız? Ana yox ey, Zinyət xalam verib.

RafiqYusiflinin uşaqlığı Bəhmənlidə keçib. O qədər palıdlı bağda, selbasanda, sudəyirmanının yanında o yan-bu yana qaçıb ki. Bu gün də o xatirələri danışandamənim dostumun gözləri dolur. Deyir ki, o dəyirmanda üyüdülən taxılın ununu anamxəmir qatıb təndirdə bişirəndə ətrindəndoymaq olmurdu. O çörəyin ətri hələ də burnumdan getmir...

Mənim qohumumvə dostum Rafiq həkim böyük ziyalı, böyük insan, böyük həkim olmaqla yanaşı,həm də son dərəcə böyük səbr yiyəsidir. Bəlkə də onun səbri dünya boydadır və Allahçox sevdiyi adamlara dərd verəndə o dərdlə yanaşı, bir səbr də verir. Mən ənağır günlərdə Rafiq həkimdə olan bu səbri görmüşəm və həmişə də ona oxşamaqistəmişəm...

BəxtiyarVahabzadə anasını itirəndə "Ana” şeiri yazıb. Şeirin məzmunu belədir ki, ananınyaşı olmur - istər 50 yaşı olsun, istər90 yaşı, istərsə də 100 yaşı! Dünyasını dəyişən anadır və ana yaşında anaitirilir. Və bu elə bir kədərdi ki, onu heç nə ilə əvəz etmək olmaz.

Böyük ZakirFəxrinin ana haqqında unikal bir şeirivar: "Qara torpaq, muğayat ol anamdan”. Və düşünürəm ki, biz analarımızı dəfnedəndə tay bundan başqa çıxış yolu yoxdur; onu torpağa tapşırırıq! Və mən dəanamı dəfn edəndə elə ürəyimdən bu misra keçib: "Qara torpaq, muğayat olanamdan”. Və sonda bütün anasını itirənlərə və Rafiq həkimə təsəlli olmaq üçünhəmin şeirin son iki bəndini yada salırıq:

... Ölüm bəlli,olum yox

Yeri soyuqdüşməsin

Bürünməyə şalımyox

İsti közümüyetir

Külümdən duyuqdüşməsin

Qara torpaq,muğayat ol anamdan.

Qəbirinə gedən izlər

Barı itməsin

İllərin altında qalıb

Qoy məzarı itməsin

Qara torpaq, muğayat ol anamdan.


TƏQVİM / ARXİV