adalet.az header logo
  • Bakı 16°C

Novxanı çimərliyində itirdiyim Dəniz... - Eminquey yazır

EMİNQUEY AKİF
44280 | 2019-06-24 16:47

Günəşbatmaq ərəfəsindədir. Amma Günəşin önünü kəsən dördmərtəbəli istirahət mərkəzimənə bu gözəlliyi müşahidə etməyə aman vermir. Mən olduğum yer də bir başqaotelin ikinci mərtəbəsidir. Sevincək düşürəm aşağı, qumu ayaqlarımlayoğura-yoğura sahilə tərəf qaçıram.

axşamüstü Günəş ölür,

üfüq olur qanqren!

dəniz ləpələrini çiləyir sahilin üzünə,

silir yaddaşından ayaq izlərini,

ürəkləri,

adları...

sahillər şizofren olur, şizofren,

oyanan kimi bağrına basıb ləpələri öpərlər...

burda ki adam yox idi,

burda ki Nuh yox idi,

o şirin balaların tikdiyi qalaları

niyə dağıtdı ləpələr?

axşam üstü Günəş öldü, mən ki sağam, əzizim,

axşamüstü dəniz yatdı, mən oyağam, əzizim.

bir də elə bu sahildə

qəfil qarşıma çıxan köhnə sevgilim,

sarısaçlı Dənizim...

səni eyvandan izləyirəm xımır-xımır,

yaddaşım mənimlə oynamır,

sən köçürdün evindən,

mən daşıyırdım əşyalarını,

sən çantana yığırdın darağını, ətirini, dırnaqboyalarını...

sən oradaca köçmüşdün mənim ömrümdən,

sən buradaca keçmişdin mənim könlümdən,

səni küləkmi gətirdi?

səni dənizmi gətirdi?

indi bu sahildə ölən əsl Günəş mənəm,

indi bu sahil kimi şizofren olmaq istəyirəm...

Məni buani şeir keçidinə salan ab-havadan qurtuluram. Təxminən bildiniz nələr başverib. Bütün bu sentimentallıqdan məni ayıran aşağıda çətirlərin altındakımasalar oldu. O masaların altı adamla doludur. Bax, düz eyvandan aşağı baxankimi ən soldakı çətirin altında üç kişi və üç qız əyləşib. Süfrədə ürəyin istəyənhər şey var. Bu cavan qızlar bu yekə kişilərdə nə tapıb görəsən? İndi onlarındediyi sağlıqları eştimək istəyərdim. Amma müğənni mahnı oxuyur. Bax, düzeyvandan aşağı baxan kimi ən ortada oturan üç-dörd gənc oğlan. Ayağa qalxdılar,oynamağa başladılar. Yanımda duran xalaoğlu mənə dedi:

- Şair, bu oğlan var ha, pəh-pəhlə oynayan, indibelə oynamağına baxma, olan-qalan pulunu bu gün burdakı qızlara xoş görünməkçünxərcləyəcək. Səhərsə dostundan borca pul istəyəcək.

Gülüşürük...

Bax, düzeyvandan aşağı baxan kimi ən sağda oturan beş-altı kişi. Nəyi var içiblər. Müğənniyəəl eləyib yanlarına çağırırlar. Gəlir, oturur. O, yanğıyla oxuduqca 20 manat,10 manat, 50 manatlıqlar çıxır ciblərdən.

Bizsəikinci mərtəbədə uzun bir masa arxasında əyləşmişik. Xalamın doğum gününü qeydedirik. Bir gülsatan qız yaxınlaşır masamıza. Qarabuğdayı, nərmənazik,dodağıyla qucağındakı güllər həmrəng olan qız. O boyda adamın içindən mənəgülümsəyir. Sonra baxışlarımla ona deyirəmki, burda sevgili cütlüklər yoxdur. Özünü boşuna yorma.

Boşqablaradəyən çəngəllərin cingiltisini, gülüşlərin səsini bir kloun kəsir. Aramızdadörd-beş uşaq da var. Xalamın nəvələri... Kloun nazik səsiylə işinə başlayır.Uşaqlara şar üfürür, it, gül, at formasına salıb uşaqlara verir. Sonra bir-birhamıya yaxınlaşıb zarafatlaşır. Şirinlik almaq üçün dəridən-qabıqdan çıxır. Buxırda manatlıq yarışını xalaoğlu 10 manatla susdurur. Klounun gözündə eynək dəvar idi. Bilmirəm, bəlkə də tələbədir, qalan vaxtını beləcə pul qazanır. Bilmirəm,bəlkə də elə mənim çoxdankı dostumdur. Bilmirəm. Bircə bunu dəqiq bilirəm ki,klounlar məzəli görünmək üçün üzlərini rəngləmirlər. Onlar sadəcə tanınmaq istəmirlər.

Mənsə buqələbəlikdə dəqiqəbaşı eyvanın tininə yaxınlaşıram. Bir neçə il qabaq sevgiliolduğum o qız Dənizə baxıram. Yanındakı oğlanla necə də mehribandı. Olub bitmişbir sevgi olsa da, insan köhnə xatirələri ilə qəfil rastlaşanda, görəndə ki,indi onun əlini başqası tutur, indi onun üzünə başqası gülüş gətirir, adam qəribəolur. Vurnuxuram. İstəyirəm ki, aşağı düşüb onlara yaxınlaşam, deyəm ki, xoşbəxtolun! Ya da yox, elə oğlana deyəm ki, bu qız mənim sevgilim olub. Ya da nəbilim, bəlkə Dənizi guya dostuymuş kimi salamlayım. Amma yox, Dəniz mənimlə çoxpis dalaşmışdı sonuncu dəfə. İnanmıram ki, indi məni görüb xoş qarşılaya.

Dayımlaüçüncü sağlığa rumka qaldıranda anam masanın başından mənə gözünü ağardır. Yənibəsdir, daha içmə. Abrın-həyan olsun. Əzbər oxuyuram baxışlarından. Həm anama vəziyyətibaşa salmaq üçün, həm də özümü toxtatmaq üçün zarafatlaşıram:

- Eh... Bir neçə il qabaq sevgili olduğum qızaşağıda başqasıyla oturub. Mən necə içməyim axı?!

Anam:

- Hansı qızdır?

Mənayağa qalxıb qızı göstərmək istəyəndə qohumlar eyvanın tininə yığılırlar.

- Odey, ağ köynəkli qız var ha, yanında da bənövşçəyiköynəkli oğlan oturub.

Bir-ikicəhddən sonra bilirlər kimi göstərdiyimi.

Anamdeyir:

- A bala, o qız sənə layiq deyil. Kefini niyəpozursan? Sənə qızmı qəhətdi?

Mənsə əminəmki, anam o qızı yanında başqası olmadan görsəydi belə deməyəcəkdi. Ya da bəlkəmənim kefimi açmaq üçün belə deyirdi.

Qəfilmövzunu dəyişirəm.

- Deyirəm, hamı səs-küy salıb deyir ki, xalqacından ölür. Bəs xalq acından ölürsə, beş-altı saatdı burdayıq, bu boş dolumasalarda yeyib-içənlər kimlərdi? Bizim xalq yeyib-içməyə pul tapır e. Nəacından ölmək.

Hamıgülüşür. Amma ofisiantların baxışlarını görüb mövzunu çox da uzatmıram.

Xalaoğlulamaşından nəsə götürməyə düşdük. Qayıdanbaş Dənizlı rastlaşdım. Yanındakı oğlanla qolboyun tərk edirdilər çimərliyi.Mənsə onunla göz-gözə gəlməkçün gözlərimi ona zillədim. Düşdü gözlərimin tələsinə.Amma məhəl qoymadı.

- Şükür, yaxşı ki bayaq fikrimdən daşındım,yaxınlaşmadım.

Beləcəbu gecə, bu Novxanı çimərliyi mənimçünmahiyyətini itirdi. Bura mənimçün daha çimərlik yox, Dənizlə ikincigörüş yerimizdir. Və çətin ki bir də bura gələm...

TƏQVİM / ARXİV