adalet.az header logo
  • Bakı 11°C

ÜMİDİ YEYİLƏNLƏR - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
52017 | 2019-08-22 15:22

Son günlərtez-tez yerlərdəki məmurların yarıtmaz işlərindən cana doymuş millətin etirazçıxışlarını dinləyirəm. Əvvəllər də eyniqayda ilə işləsələr də narazılıq bu qədər qabarmamışdı. Amma rüşvətlə, əyri işlərləvarlanan, varlandıqca da harınlayan məmurların özbaşınalığı idarəolunmaz hala gəlib.Artıq, əvvəllər "yuxarı” ilə hədələndikdə özünü yığışdıran bu "dövlət işçiləri”nə dövləti, nə böyüklərini saya salmayacaq hala gəliblər. "Hara istəyirsənşikayət et!” deyən arxayın məmurlar ordusu yaranıb. Nə şəhid ailəsinin, nəqazinin xalq qarşısındakı xidmətini qiymətləndirməyən belələrinin bu vəzifələrənecə gəlmələri, bu vəzifədə illərlə necə qalmaları təəccüb doğurmaya, ağıla fərqli-fərqlişübhələr gətiməyə bilmir.

İcrahakimiyyətləri nümayəndələrindən tutmuş mənzil istismar sahələrinin rəhbərlərinəqədər, kürsüyə sahiblənmiş hər kəs "mənəm” deyir. İşlərinin nədən ibarətolduğunu heç özləri də düzgün anlamayan bu insanları o masadan qopartmağın niyəmümkün olmaması, onların bir işlərinə yarayacağına ümidini üzmüş əhalininçağlayan nifrətinin getdikcə artması yaxşı şeylərdən xəbər vermir. Sonra demədideməyin!

Bu sahələrdən biri də Xırdalan, 27-ci məhəllə,1 saylı yataqxananın, əksəriyyətini qaçqınlar təşkil edən sakinləri tərəfindəndaxil olan şikayətlər əsasında araşdırdığımdır. Uzun illər elektrik enerjisininsərfiyyatının hesablanmasından narazı qalan sakinlər nəhayət kart sisteminəkeçid olacağını eşidəndə sevindilər. Heç işlətmədiyi fantastik sərfiyyat qəbzigələndə əsəbiləşən insanlar çıxış yolunu kart sisteminə keçməkdə görürdülər. Çünkikarta nə qədər pul vurarlarsa onu işlədəcəklərinə görə rahatlamışdılar. Ammakartın gəlişi də özüylə problemlər gətirməyə başladı. Elektrikin fasilələrlə kəsilməsibir yana, aparat qoyarkən işçilər yataqxananın dəhlizinə sanki bir sürühinduşka balaları buraxıb getdilər. Bu divarda "cuqquldaşan hinduşkalar”axşam-sabah bilmədən oxumalarına davam edirlər. Əvvəl bir şey anlamayan sakinlərelektrik idarəsinin nümayəndəsinə müraciət etdilər. Sakinlərlə kobuddavranışından onların narazılığına səbəb olan yaşlı nümayəndə "bizlik deyil, idarəyəzəng vurun!” dedi. Xırdalanı dolanıb, idarəni tapa bilmədilər. Sonradan məlumoldu ki, idarə Masazıra köçürülüb. İnternetdən əldə edilən nömrəylə idarəyə zəng vurulsa da, bunun bir faydası olmadı,çünki onlardan da "bizlik deyil, qaynar xəttə zəng edin!” cavabı gəldi. "Qaynarxətt”sə çox da qaynar olmayıb, soyuqqanlılıqla o aparatlardakı pullar beşmanatdan aşağı düşəndə "oxumağa” başlayacaq. Pul vurun, sussun! - əmri gəldi.

Hər xırda iş üçün rüşvətxor cavabdeh şəxslərinpul ummasını birtəhər anlaya bilərik də, bu aparatın pul alıb, susması çoxmaraqlıdı. Bu mənzil mənimdirsə, istərəm beş manat vuraram, istəmərəm (yənipulum olmadısa) qaranlıqda oturaram! Di gəl bunu "dəmir quşlara” başa sal!İşçilərə başa sala bilmədiyimiz şeyi ona necə başa salacağımızı düşünüb-daşınıbbir tərəfə çıxa bilmədik. Hər kəs ayrılıqda öz aparatını sığalladı, tumarladı, yalvardı, olmadı, yenə gecəyarısı bir-birinə qoşuluböz hinduşka mahnılarıyla əsəbləri cırmaqlamağa davam edirlər.

Torpağını itirmiş, el-obasından məhrum olmuş,şəhid vermiş, qazilərinin əzabını yaşayan, erməninin torpağında at oynatmasınısinir gərginliyi ilə hər gün internetdən izləyib dəlilik halına gələn,işsizlik, yarıtmaz maaş üzündən ailə qarşısında üzüqara olan bu miskininsanların həbsxana hücrələrində verilən cəza formalarından biri kimi xoşagəlməzsəslə sınağa çəkilməsi dözülməz həddə gəlib çatıb. Şikayətlərinin laqeydlikləqarşılanması isə dövlətə olan ümidlərini də öldürür. Məmur özbaşınalığı xalqıdövlətə qarşı qaldırır.

Xırdalan,27-ci məhəllə, 1 saylı yataqxananın sakinləriAzərişıq ASC, Bakı ElektrikŞəbəkə, Baş idarəyə(artıq nə adlanırsa sakinləri maraqlandırmır) qəzet vasitəsilə açıq müraciət edərəkproblemlərinin həll olunmasına ümid edirlər.

Nə deyək,yeməkdən ümid yaxşıdı, deyirlər. Bu sakinlərin ümidini də yemədən məsələyə çarəolunacağına əminlik hiss etmək istəyirik.


P.S. Füzulinin işğalından 26 il ötdü. Amma... Lakin nə Lazım gəlib çıxmadı, nə də içimizdəki bir-birimizi aşağılayan bitib-tükənməyən problemlər birləşməyimizə imkan vermir ki, Füzulini azad edək. Elə digər rayonlarımızı da.

TƏQVİM / ARXİV