SON DƏQİQƏ:

HƏSƏNOĞLUDAN DAHA BİR QƏZƏL - Seyfəddin Altaylı yazır

  57476   |  
Şriftin ölçüsü  

Uzun müddətdir Həsənoğlunun "Kitabi Sirətün Nəbi” adlı əsəri üstündə işləyirəm. Onunla bağlı ilk məlumatları yenə "Ədalət” qəzetində 2009-cu ildə üç silsilə məqalə şəklində təqdim etmişdim.

Həsənoğlunun yeni tapılan bu əsəri dəfələrlə ifadə etdiyim kimi dil və ədəbiyat tariximiz üçün həddən artıq önəmlidir demirəm, əvəzsiz bir mənbə vəsfinə malikdir. Təbii ki, əsər çap olunduqdan sonra onunla bağlı müxtəlif fikirlər də səslənəcəkdir. Əminəm ki, irəli sürdüyüm bu düşüncələr elm dünyamızda öz təsdiqini tapacaq.

Həsənoğlunun indiyə kimi cəmi beş şeiri bilinirdi. Mən bu əsər üstündə işləməyə başladıqdan sonra yeddidən artıq qəzəlini aşkar edib müxtəlif elmi toplantılarda məruzə elədim, yenə "Ədalət", "Ədəbiyyat" və "525-ci Qəzet"də çap etdirdim.

Əsərin üstündə işləyərkən daha y

eni bir qəzəlinə rastladım və həmin qəzəli ilk dəfə "Ədalət" qəzetinin oxucularına təqdim etmək qərarına gəldim.

Bu qəzəl Ulu Peyğəmbərimiz Hz. Məhəmmədi vəsf etmək məqsədilə yazılmışdır. Ünlü təzkirəçi Dövlətşah Səmərqəndinin yazdığına görə, Həsənoğlu Şeyx Camalüddin Əhməd Zakirin müridi olub, yəni təsəvvüf əhlidir. Onun bu yönünü Peyğəmbərimiz üçün yazdığı bu qəzəldən də aydın müşahidə etmək olar.

Dedilər bu əcəb insanmudur ki,

Ya adəm surətində canmudur ki.

Məlaik dəxi bu hüsnilə olmaz

Əcəb bu can, cananmudur ki.

Bu dünya xalqına hiç bənzəməz bu

Bizə Haqdan əcəb mihmanmudur ki.

Yüzinə baqmağa gözlər doyulmaz

Əcəb bu bir ulu sultanmudur ki.

Qoxusı can, dimağın tazə qıldı

Saçı müşki bigi yarə canmudur ki.

Ay alnı, nuri rövşəndür, günəşdir

Əcəb yüzi mahi-tabanmudur ki.

Gözinə baqıcaq canlar üzilür

Əcəb cadumudur, fəttanmudur1 ki.

Saçı zülmət, yanağı nura bənzər

Dodağı çeşmei-heyvanmudur2 ki.

Anadan böylə oğlan toğduğu yoq

Əcəb bu bir ulu bürhanmudur3 ki.

1Fəttan. 1. Cazibəli, könül alıcı. 2. Fitnə və fəsada yönəldən, fənalıq edən. 3. Oynaq qadın və ya qız.

2Çeşməi-heyvan. Abı həyat çeşməsi, bəngisu çeşməsi.

3Bürhan. Dəlil, sübut.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK