SON DƏQİQƏ:

 Gürcüstandan qızıl qiymətinə gələn meyvə: Şaftalı...

  126632   |  
Şriftin ölçüsü  
Bu ilin mayın 1-dən iyulun 18-nə qədər Gürcüstan 15,1 min ton şaftalı və nektarin (illik müqayisədə 67% çox) ixrac edib.

Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, Məhsulun ümumi dəyəri 13,3 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac əsasən Rusiya (9 378 ton) və Ermənistana (4 757 ton) yönəlib.
Azərbaycanın Gürcüstandan idxal etdiyi şaftalı və nektarinin həcmi isə 269 tona bərabər olub.
 Bu bitkinin insan sağlamlığında böyük rolu olduğu çoxunuza məlum deyil. Odur ki, şaftalı yetişdirilməsi, yığılması, meyvəsinin hansı xəstəliklər zamanı xeyirli olması haqqında məlumat verəcəyik. Hətta şaftalı meyvəsinin çiçəkləri. tumu haqqında da məlumatınız olacaq.

 
 
Şaftalı haqqında qısa məlumat
 
 
 
Şaftalının dadı da, ləzzəti də hamımıza məlumdur. Yayda şaftalının özünü, digər fəsillərdə isə bu meyvədən hazırlanan məhsulları - mürəbbə, cem, kompot və sair iştahla yeyirik. Şaftalının dünya miqyasında 500-dən artıq sortu vardır. Ölkəmizdə 100-ə qədər yayılmış sortu məlumdur. Dünyada şaftalı istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və sənaye əhəmiyyətli sortlar: Escarolita, Vesuvio, Şasta, Viviyan, Andross, Klamt, Sudanella, Carolin, Halford, Saripapa, Sprinqtaym, Presosisma, Öli Red, Blazinq Qold, Merill Qem Fri, Kardinal və s. sortlardır. Respublikamızda əsasən rayonlaşdırılmış və perspektivli olan sortlardan Fədai, Qızıl Yubiley, Elbert, Salami, Mayçiçəyi, Tərəli (nektarinlər) sortlardan Boston, Viktoriya, Ski, Krasnodares sortları becərilir.
 
 
Şaftalı həm dadlı, həm də çox faydalı meyvədir
 
 
Diyetoloqlar şaftalı və şaftalı şirəsini uşaqlar və hamilə qadınların qidalanmasına daxil etməyi tövsiyə edirlər. Meyvədə 22 ədəd mineral element mövcuddur. Üzvi turşulardan alma, limon və şərab turşusu üstünlük təşkil edir. Meyvə lətində 18-ə qədər amin turşuları, ləpəsində 4,84 – 56,88 faiz yağ var. Bu yağdan yeməkdə istifadə edilməklə yanaşı, həm də qulaq ağrıları zamanı sakitləşdirici vasitə kimi istifadə edilir
 
Şaftalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin "tüklü meyvə" iştahanı artırır və həzmi yaxşılaşdırır. Kalium və maqneziumla zəngin olan şaftalı ürək əzələsinin sağlamlığını qoruyur, ürəyin ritmini tənzimləyir. Ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 1 stəkan şaftalı şirəsini içməlidir. Bu çox yaxşı müalicəvi və həmçinin profilaktik vasitədir.
 
 
Şaftalı yüngül sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini təmizləyir. Şaftalı əqli fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalıdır - beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı yaxşılaşdırır.
 
 
Şaftalını çiçəyi, çəyirdəyi və yarpaqları...
 
 
Amma çoxumuz bilmirik ki, şəfalı xüsusiyyətlərə malik şaftalı meyvəsi kimi onun çiçəyindən, yarpaqlarından və çəyirdəyindən bir çox xəstəliklərin müalicəsində əvəzsiz təbii vasitə kimi istifadə etmək faydalıdır. Mütəxəssislər bildirir ki, müalicə vasitəsi kimi şaftalının meyvələri, çiçəyi, toxumu və yarpaqları istifadə olunur. Piylənməyə qarşı şəkərsiz kompot faydalıdır. Təzə çiçəkləri və çiçəklərdən çəkilmiş şirə sidikqovucu və işlədici vasitə kimi istifadə olunur, ağrıları sakitləşdirir, zərərli duzları kənarlaşdırır. Yarpaqlardan alınmış şirə revmatizm, qastrit, enterit, sklerodermiya və baş ağrıları, həmçinin qurdqovucu və işlədici kimi gündə 3–6 milliqram qəbul edilir. Təzə yarpaqlar yarasağaldıcı vasitə kimi yaraların üzərinə qoyulur. Xalq təbabətində yarpaq və çiçəklərdən hazırlanmış həlim və cövhər şəkərli diabet xəstəliyinin müalicəsində, sidikqovucu və qurdqovucu vasitə kimi istifadə olunur. Həlim hazırlamaq üçün qurudulmuş çiçəklərdən 3-4 qram götürüb, üzərinə 150 milliqram qaynar su tökülür və 5 dəqiqə qaynadılır. Alınmış məhlul 2 saat müddətində soyudulur və süzüldükdən sonra ondan gündə 3 dəfə, yeməkdən 30 dəqiqə qabaq 50 milliqram içilir. Yarpaq şirəsi və yarpaq həlimi işlədici kimi, həmçinin revmatizm, baş ağrıları və qastroenterit zamanı istifadə olunur. Yarpaq həlimi hazırlamaq üçün bir xörək qaşığı miqdarında xırda doğranmış yarpaq üzərinə 250 milliqram qaynadılmış su tökülür, 5 dəqiqə müddətində su hamamında qaynadılır və 2 saat müddətində soyudulduqdan sonra süzülür. Həlim gündə 4 dəfə yeməkdən 20 dəqiqə qabaq içilir. Şaftalı toxumları yüksək qurdqovucu xüsusiyyətə malikdir. Toxum həlimi hazırlamaq üçün 3-7 ədəd quru toxum üzərinə 200 milliqram qaynadılmış su tökülür və sakit halda 5–7 dəqiqə qaynadırlar. Alınmış məhlul soyudulduqdan sonra gündə 3 dəfə yeməyə 1 saat qalmış 1/3 stəkan içilir. Qızılca və diatez zamanı yaxşı qızardılmış şaftalı ləpəsi tam ovxalanaraq su ilə isladılır və uşaqların bədənində, üzündə olan səpkilərə sürtülür.
 
Şirin ətirli meyvə insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, stressi azaldır. Şaftalı yağının iyi baş ağrıları zamanı çox yaxşı kömək edir.
 
Şaftalı və şaftalı yağı kosmetologiyada çox geniş istifadə olunur. Şaftalı dərini cavanlaşdırır, daha elastik və dartılmış edir.
 
Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK