SON DƏQİQƏ:

Türk dünyasının  "Orxan Baba"sının gizlinləri...- 77 yaş

  97517   |  
Şriftin ölçüsü  

Türkiyənin məşhur müğənnisi və “Yeşil cam”ın sevilən aktyoru Orxan Gəncəbay mahnıları və rolları ilə Azərbaycan ictimaiətinin də diqqətində olan, sevilən simalardandı.

Ağır, sanballı, oturuşunu-duruşunu, çəkisini bilən, uzun illərdi xüsusi xarizmasını saxlaya bilən Orxan Gəncəbay bu xarakterinə görə də sevilib.

Adale.az xəbər  verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident yanında 9 ayrı quruma 76 şəxsi təyin edərkən onlar arasında türkiyəli məşhur müğənni Orxan Gəncəbay da yer alıb. 3 il əvvəl 74 yaşlı ifaçı Mədəni və Sənət Siyasəti Qurumuna seçilib.

Türk xalqının "Orxan baba" kimi tanıdığı məşhur sənətçi Orxan Gəncəbay 4 avqust 1944-cü ildə Samsunda anadan olub. Musiqiyə 6 yaşındaykən Rusiyadan konservatoriya məzunu, eyni zamanda vaxıilə bir opera sənətçısı və klassik qərb müsiqiçisi olan və əslən Krım qaçqını Emin Tarakçıdan skripka və mandolin dərsləri alarak başlayıb. 10 yaşında ilk mahnısını -“ Kara Kaşlı Esmerdi”, “ Kim Bilir Kimi Sevdi” adl əsərlərini bəstələdi. İlk profesional əsəri "Ruhumda titreyen sonsuz bir alevsin"i 14 yaşında yazdı., 16 yaşından etibarən caz ve rok musiqisi ilə maraqlanmağa başladı,

Türkiyənin ilk konservatoriyası və vaxtıilə adı “Dârülelhan” olan İstanbul Bələdiyə Konservatoriyasına girdi və 1970-ci illərdə, bu gün də məşhur olan “Batsın Bu Dünya’ mahnısını ictimaiyyətə çıxardı.

 

 

Sevilən müğənnidən bir jurnalist soruşur:

- Soyadınız Gəncəbaydır. Azərbaycanda Gəncə adlı qədim və böyük şəhər var. Soyadnızla bunun bir bağlılığı varmı?

- Azərilər bizim canımızdı. Mən həvəskar tarixçiyəm. Mənim üçün Türkiyə, Azərbaycan fərqi yoxdur. Mən böyük Türküstanı tanıyıram. İrqçiliyə nifrət edirəm. Yaradan bizi yaradıb, müqəddəs yaradanın yaratdığı dünya ana vətənimdir. Hal-hazırda siyasi səbəblərə görə ayrılan türklər bir dildə 41 ləhcədə danışırlar. Soyadıma gəldikdə isə türkcədə bu “kəncə”di, mənası balacadı. Gəncəbay isə “balacabəy” deməkdi. Yəni kökümüz bir olduguna görə kəncə – Gəncə deməkdi. Ehtimal ki, bunun Gəncə şəhəri ilə bir əlaqəsi olub”-deyib.

Gəncəbayın ilk həyat yoldaşı Əzizə Gəncəbay 15 il fasilədən sonra- 2 il əvvəl kameralara tuş gəlib.

Əzizə Orxanla 1970-ci illərdə “Beyaz kelebekler” qrupunda solistlik edərkən tanış olub və ailə qurub.

Jurnalistlərin suallarını cavablandıran müğənni xanım ikinci dəfə ailə qurduğu üçün O.Gəncəbaydan incimədiyini deyib:“Uşağımın atasıdır. Hər zaman Sevim xanıma (Orxan Gəncəbayın indiki həyat yoldaşı –red.) və Orxan bəyə hörmət etmişəm”.

Hələ də O.Gəncəbayla rəsmi nikahda olduğu deyilən Əzizə bunu yalan adlandırıb. Müğənni soyadını dəyişmək fikrində olmadığını da deyib:“Uşağımız var, bu haqda heç vaxt düşünməmişəm”. Qeyd edək ki, 1969-cu ildə ailə quran, qısa müddət sonra isə ayrılan Orxanla Əzizənin Altan adlı bir oğlu var.

HAŞİYƏ: Ötən illərdə restoranların birində səhnəyə çıxan müğənni Hülya Avşarı dinləməyə gələnlər arasında Orxan Gəncəbay da olub.

Hülya onun əyləşdiyi masaya gələrək, yanında oturub və sənətçilər zarafatlaşmağa başlayıblar. Xanım ifaçı Orxan bəyin yanağını dişləyərək, öz sevgisini bildirib.Hülya Avşar tərəfindən, yanağı dişlənən Gəncəbayın intiqamı çox “ağır” olub. Gəncəbay buna qarşılıq olaraq, Avşarın ombasına sillə vurub.

Müğənninin hazırkı xanımı Sevim Əmrə 1944-cü il doğumludur və Türkiyədə keçirilən gözəllik yarışmasında birinci olduğu üçün tanınıb. 1982-ci ildə evlənən cütlüyün Gökhan adlı bir oğlu var.

 31 bədii film, 4 televizya filmində baş rol oynayan, yüzlərlə ödülün- mükafatın sahibi olan, Orxan Baba 4 avqustda 77 yaşına "əlvida" deyir.

 

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK