SON DƏQİQƏ:

Nadir Qafarzadə ağladı: Kömək edin!

  22954   |  
Şriftin ölçüsü  

Müğənni Nadir Qafarzadə onkoloji şiş diaqnozu qoyulmuş əməkdar artist Gülbahar Şükürovaya yardım istəyib.

Adalet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

“Əməkdar artist Gülbahar Şükürova çox ağır vəziyyətdədir. Səhhəti get-gedə ağırlaşır. Bu xanıma kömək lazımdır. Buradan Mədəniyyət Nazirliyinə müraciət edirəm, o xanımla maraqlansınlar. Maddi kömək lazımdır. Biz sənət adamları çoxdandır ki, pul qazanmırıq, iş yoxdur. Bu xanımın da nəyi var idi xərclədi, qurtardı.

Gülbahar xanım gözəl xanımdır. Ona yardım etmək və müalicə lazımdır. Buradan aidiyyəti qurumlara səslənirəm, bu xanıma kömək olsunlar. Çünki pandemiya dövrü bir çox insanları xəstəliyə saldı, xüsusilə də sənət adamları ruhdan düşdülər. Əsəbiləşdilər və çərçivədə olmağı bacarmadılar. Hər zaman səhnədə olan yaradıcı insanlar bu vəziyyəti çətin keçirir. Bunlar hamısı üst-üstə gəldi və Gülbahar xanım yataq xəstəsinə çevrildi. Müalicəsini kimsə üzərinə götürməlidir.

Hər zaman onun yanındayam, amma məndən asılı olmayan şeylər var. Sözümü dedim və eşidən eşidir. Bu vaxta qədər özüm üçün heç nə istəməmişəm. Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm, qoymayın daha bir sənət adamı bizi tərk eləsin. Yaşamaq istəyir. Deyəcəklər, Nadir yenə kövrəldi, amma çox çətindir”.

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK