SON DƏQİQƏ:

2004–cü ildə Ramiz Mehdiyev niyə kövrəlib ağlamışdı? – Alqış Musayevin heç yerdə demədiyi maraqlı faktlar

  37374   |  
Şriftin ölçüsü  

“Əli İnsanov həmişə Ramiz Mehdiyevdən söhbət düşəndə ona ironiya ilə “cırtdan” deyirdi…”

“Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmiş millət vəkili Alqış Musayev thebusinesstimes.az saytına müsahibə verib.

Musavat.com ictimai əhəmiyyətini və maraqlılıq dərəcəsini nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir.

 -Alqış müəllim, yəqin ki, Mehdiyevin kürəkəni həbsdən cıxandan sonra jurnalistlərə verdiyi açıqlamanı izləmisiniz. Kürəkən açıq – aşkar Mehdiyevi tənqid edənləri hədələyir, mesajlar verir…

– O acıqlamaya baxdım. Doğrusu, mən onun dediklərini bir hədə, mesaj kimi qəbul etməzdim. Nəyə görə? Dərhal hiss olunur ki, onun mətbuatla, jurnalistlərlə  ünsiyyətində ciddi problemlər var. Baş verən hadisələri qiymətləndirməkdə çətinlik çəkir.

Ümumiyyətlə, onun ümumi hazırlığı çox aşağı səviyyədədir. Baxmayaraq ki, bir necə il  qaynatasının yanında Prezident Adminstrasiyasında işləyib, 10 il Milli Məclisdə təmsil olunub… Amma onun dediklərindən bir dəqiq nəticə cıxarmaq mümkündür ki, Ramiz Mehdiyev onu çox yaxına buraxıb. Kürəkən Mehdiyevin dövlətimizə, Azərbaycan Prezidentinin əleyhinə evdə etdiyi müzakirələrin iştirakçısı olub. Mehdiyevin söylədiyi bütün və hər cür qeybəti dinləyib və əzbərləyib. O,  Mehdiyevin tökdüklərini birbəbir yığışdırib. Onun danışıdıqları da qaynatasının uydurmalarını, dedi-qodu çərcivəsindən kənara cıxmayan mülahizələrini  ictimailəşdirməkdən ibarət idi.. 

– Bəs onun ağlamağı nə ilə bağlı idi?..

-Onun dedikləri kimi kövrəlməyi də uydurma idi. Bu cür göz yaşlarına inanmaq olmaz. Bu “ağlaşma səhnəsi”  mənə çox tanış gəlir. 2004 – cü ildə “Yeni Azərbaycan” qəzetində “Ramiz Mehdiyev nə vaxtdan bəri dövrümüzün mahir tədqiqatçısı və görkəmli filosovu olub?” yazısından sonra Ramiz Mehdiyev də eynən kürəkəni kimi kövrəlib ağlamışdı. Harada, hansı qəbulda, məncə,  bunları xırdalamağa heç bir ehtiyac yoxdu. Amma faktdır ki, belə bir ağlaşma səhnəsi olmuş,  Mehdiyev üzr diləmişdi.

Təəssüf ki, həmin ağlaşmadan sonra Ramiz Mehdiyev yenə öz iddialarından əl çəkmədi, tutduğu xəyanət yoluna davam etdi. Aqibəti də göz qabağındadır.

 

-O yazını mən də yaxşı xatırlayıram. Maraqlıdır, məqalədən sonra Mehdiyevin reaksiyası və Sizə münasibəti necə olmuşdu?

– Onun bizə, “Yeni Azərbaycan” qəzetinə münasibəti o yazının çapından çox-çox əvvəl bəlliydi. Cünki “Yeni Azərbaycan” hakimiyyətin təbliğat siyasətindəki yanlışları tənqid edirdi, Ramiz Mehdiyevin nüfuzunu kürəkəninin dediyi kimi, böyük siyasi xadimin nüfuzu kimi yox, adi məmur nüfüzu kimi xarakterizə edirdi.

Bir sözlə, “Yeni Azərbaycan” qəzeti onun baş redaktoru Mehdiyevin iddialarına xidmət etmirdi. Mən sizə o yazının dərcindən sonra rastlaşdığım digər reaksiyalar haqqında deyə bilərəm. Mən onda Milli Məclisin deputatı idim və  Mehdiyevi tənqid edən yazının çapından sonra deputat həmkarlarımın əksəriyyəti məndən yan qaçmağa başladı. Deyim ki, mənə qarşı belə ehtiyatlı münasibət uzun müddət davam etdi. Hətta xatırlayıram, Yeni Azərbaycan Partiyasının qərargahında Heydər Əliyevin büstünün açılışı ilə bağlı tədbir keçirilirdi. Tədbirə gələn Prezident Adminstrasiyasının o zamankı ərazi idarəetmə şöbəsinin müdiri, YAP idarə heyətinin üzvü Yusif Hümbətov hamı iləgörüşdü, mənə çatan kimi qəfil dayandı və üzünü çevirib durdu, sanki məni görmədi.

Amma tədbirdən az keçmiş, iş otağma qayıdan kimi Yusif Hümbətov mənə zəng etdi və başladı ki, bağışla, bayaq səni görmədim, sonra gördüm ki, sən də oradasan, sən bilirsən ki, sənin xətrini çox istəyirəm.

Amma reallıq bu idi ki, o mənimlə görüşməkdən qorxurdu, bilirdi ki, dərhal Mehdiyevə bu barədə xəbər çatdıracaqlar. Bax Ramiz Mehdiyev belə bir mühit yaratmışdı. O dövrdə ən cox canfəşanlıq göstərən isə YAP Nizami rayon təşkilatı və onun sədri idi.

YAP Nizami rayon təşkilatının mənə göndərdiyi hədə və xəbərdarlıq teleqramları indi də məndə qalır…

-Niyə YAP Nizami rayon təşkilatı belə fəallıq göstərirdi? YAP-ın rayon təşkilatında Mehdiyevə olan sevginin əsasında nə dayanırdı?

Əlbəttə ki, təsadüfi deyildi. Hər şey Nizami rayon icra hakimiyyəti tərəfindən istiqamətləndirilirdi.

-Mehdiyevin o yazıya qədər sizə hər hansı iradları olmuşdu.?

– O heç vaxt hansısa məsələyə açıq formada münasibət bildirmirdi. Dolayı yolla , altdan-altdan iş görürdü. Bir dəfə, səhv etmirəmsə, 1998-ci il idi. Tanımadığım bir nəfər qəzetə məqalə gətirmişdi. Söhbət zamanı məlum oldu ki, yazı Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov haqqındadır. Həsən Zeynalovun 50 yaşı tamam olur. Hənim məqalə də onun doğum günü münasibətilə yazılıb. Mən onda Həsən Zeynalovu şəxsən tanımırdım. Yazını gətirən adam onu da əlavə etdi ki, deyim, biləsiniz, Ramiz Mehdiyevin Həsən Zeynalovdan xoşu gəlmir. Mən dedim ki, Ramiz Mehdiyev özü bilər, bizim qəzetin xəttini onun şəxsi zövqü müəyyən etmir. Məqalə qəzetin növbəti sayında dərc edildi.

İnsanda nə qədər kin-kudurət olarmış. O məqaləyə görə Mehdiyev yanında xüsusi iclas keçirdi. Təbii ki, “Yeni Azərbaycan” qəzetinin adını çəkmədən, məqaləni xatırlatmadan Həsən Zeynalovu asıb-kəsdi: “Həsən Zeynalov özünü reklam elətdirir, bütün tədbirlərdə ön sırada əyləşir” və sair…

-Onun Həsən Zeynalovla nə problemi vardı ki?

– Elə bir ciddi məsələ yox idi. Sadəcə o, bir balaca müstəqil fikri olan, xüsusilə də Heydər Əliyevin diqqət mərkəzində olan şəxsləri sevmirdi. Sevmirdi demək azdır, o, belə adamları özünün şəxsi və ideoloji düşməni hesab edirdi. Görünür, bu səbəbdən də o Həsən Zeynalovun adını da özünün qara siyahısına salmışdı.

Məndə olan məlumata görə, Ramiz Mehdiyevin Həsən Zeynalova qarşı aqressiv münasibəti son günlərə kimi səngiməmişdi. Yəqin ki, bu barədə Həsən müəllim özü daha ətraflı danışa bilər.

-Alqış müəllim, bu gün mətbuatda hallanan suallardan biri də Ramiz Mehdiyevin sabiq Səhiyyə naziri Əli İnsanovla münasibətidir. Onlar birləşə bilərlərmi?

 

– Mən Əli İnsanovun son açıqlamasını oxudum. O özü belə bir ittifaqın mümkünsüzlüyünü söyləyir. Eyni zamanda Ramiz Mehdiyevi daha qətiyyətli, daha mübariz olmağa dəvət edir. Onun hüquqlarının müdafiəçisi qismində məsləhətlər verir. Mənim dəqiq yadımdadır. Əli İnsanov həmişə Ramiz Mehdiyevdən söhbət düşəndə ona ironiya ilə “cırtdan” deyirdi. İndi xeyir ola? "Cırtdan"a qarşı bu canıyananlıq, hörmət haradan qaynaqlanır? “Cırtdan” nə tez böyüdü belə?

– Necə düşünürsünüz, Mehdiyevin akademik dirənişi nə vaxta qədər davam edə biləcək?

-Təəssüf ki, Ramiz Mehdiyev uzün illər siyasi boyuna, çəkisinə uyğun gəlməyən iddialarla yaşayıb və bu gün də o iddiaların əsiri olaraq qalır. Ona qarşı ictimai rəğbət sıfır həddindədir. Cəmiyyətdə ona qarşı bir total nifrət duyğusu, ikrah hissi var. O bunları nəzərə almalıdır.

“Çirkli pulların yuyulması” deyilən bir ifadə var. Çirkli pulları yumaq olur. Ancaq çirkli şəxsiyyəti, kirlənmiş mənəviyyatı yumaq heç kimə nəsib olmayıb. Hələ ki, elmə belə bir texnologiya məlum deyil.

Hələ də köhnə, sovet idarəçiliyinın qalığı kimi yerində sayan Milli Elmlər Akademiyası belə bir əməliyyat – çirkli şəxsiyyətlərin yuyulması üçün heç də münasib yer deyil…

(Ardı var)

Nəzirə RAFİQQIZI,
thebusinesstimes.az

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK