adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Sentyabr 2020 21:00
19716
DÜNYA
A- A+

NATO qərargahında Türkiyə-Yunanıstan danışıqları davam etdiriləcək

NATO-nun Brüsseldəki qərargahında günün ikinci yarısında Türkiyə və Yunanıstan hərbi nümayəndə heyətlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır.

İxtilafın həlli istiqamətində tədbirlərlə bağlı müzakirələr texniki xarakter daşıyır.

Ankara ilə Afina arasında  şərqi Aralıq dənizindəki gərginliklə əlaqədar dialoqa başlamaq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı qəbul edilib.

Adalet.az "Anadolu"ya istinadən xəbər verir ki, ilk görüş NATO qərargahında 10 sentyabrda baş tutub.