SON DƏQİQƏ:

Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN

  12264   |  
Şriftin ölçüsü  

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılıb.

Adalet.az-ın məlumatına görə, sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb.

Sənədə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılıb.

Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılıb. Sənədə görə, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir.

Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm illə il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, sənədlə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizmi yaradılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM 

Mirzə Cəlil  küçəylə gedərkən görür bir erməni  uşağı ağlayır. Ürəyi yanır, yaxınlaşıb  başını  sığallayır, soruşur:

- Adın nədi, a bala?

Uşaq deyir:

- Mkrtç.

Mirzə Cəlil:

- Ağla, bala, ağla. Mənim də adım  Mkrtç olsa ağlayaram.

 

ARXİV

TƏQVİM

FACEBOOK