SON DƏQİQƏ:

QƏLƏBƏ SƏNİNDİR, AZƏRBAYCAN - Şahnaz Şahin yazır

  54276   |  
Şriftin ölçüsü  

Esse

Dünya çox qovğalar görüb, ta insan yaranandan üzü bəri bütün ictimai-siyasi formasiyalar boyunca kiçik və ya geniş miqyaslı, qısa və uzun müddətli müharibələrə şahidlik edib. İnsanlar haqlı haqsız, aşkar və ya gizli qarşıdurmalara meylli olublar. Nitsşe söyləyirdi ki, "Müharibə həyatın qaçılmaz qanunudur. Sülh isə iki müharibə arasında qurulan xoşbəxtlik körpüsüdür.” Yer üzü yaşamaq üçün hər kəsə, hamıya gen-bol bəs etdiyi halda, insanlar azacıq ömürlərini artıq ərazi uğrunda boş mübahisələrə, sonsuz və bəzən də nəticəsiz müharibələrə xərcləyiblər. Xalq və millətlər bir-biri ilə, qonşu qonşu ilə yola getməyib, dünyaya hakim olmaq ehtirası beyinləri zəhərləyib. Sonda hz. Süleymana qalmayan dünya onlara da qalmayıb, amma təəssüf olsun ki, özündən sonra gələn nəsillər də nəticə çıxarmaq əvəzinə elə sələflərinin yolunu davam etdiriblər...

Bir millət digərinə qənim kəsilir, gözü götürmür, özünə düşmən obrazı yaradır ondan və bunu zəncirvari, sistemli şəkildə özündən sonrakı nəsillərə ötürür. Bu gün artıq bütün dünyanın diqqət mərkəzində olan erməni-azərbaycanlı davasının kökündə soy-köküolmayan, qaraçı kimi bütün yer üzünə səpələnmiş erməni dayanır. Əsrlərlə yaşadığı ərazini (hansı ki, bu da digər qonşu dövlətlərin ərazisi hesabına yaradılmışdır)genişləndirmək uğrunda planlar qaralayıb, həyata keçirməyə çalışıb və bunun üçün barbar kimi davranmaqdan, vəhşi kimi qan tökməkdən, günahsız insanları öldürməkdən çəkinməyiblər.

Azərbaycanlılarla əsrlərcə qonşu kimi yaşasa da ona qarşı içindəki düşməni-kini daim bəsləyib, böyüdüb və yeri gələndə münaqişə yardaraq onları yaşadığı tarixi torpaqlarından zorla, silah gücünə qovub çıxartmış vəhalal yurd-yuvalarına sahiblənmişlər. Bir əsr içərisində azərbaycanlılar dəfələrlə ermənilər tərəfindən soyqırıma məruz qalmışlar. Nəticədə azərbaycanlıların qədim yaşayış məskəni olan İrəvan mahalında etnik təmizləmə aparılaraq yerli azərbaycanlılardan tamamilə təmizlənmiş vəyalnız ermənilərdən ibarət dövlət yaradılmışdır.Yalnız türk olduğu üçün başı faciələr çəkən bu millət qışın şaxtasında, qarında ev-eşiyindən ayaq yalın, başaçıq qovularaq çöllərə salınmış, yolları-izləri bağlamış və xilas olmaq üçün insanlar dağlara üz tutmuşlar. Bu yollardan yüzlərlə, minlərlə insan keçə bilməyərəkhəlak olmuşdur.

 

...Ey gözləri oyulub,

Qoşa qolu çatılan.

Süngülərə taxılıb,

Atəşlərə atılan.

Düyünlənmiş baxtmısan?

Türk adlı günahmısan!?..

Yerlə Göy arasında

Nə naçar dayanmısan-

Yolun haradır belə?..

 

"İştah diş altındadır”-deyiblər, dişi qana dəyən erməni bununla kifayətlənməyərək növbəti ərazi iddialarına keçid aldı. Bu dəfə Qarabağı özünküləşdirmək istədi, və indiyə qədər davam edən, böyük faciələrə, günahsız insan təlafatlarına, dağıntı və fəlakətlərə səbəb olan müharibəyə imza atdı.

Otuz ilə yaxın bir müddət ərzində işğal etdiyi torpaqlarımızı, vətənimizin dilbər guşələrini özündə saxlayaraq dünyaya yalan püləməkdə davam edir. Zəhər tünd olanda öz qabını çatladar axı, erməni təxribatı da sonda öz başında çatlamalıydı və elə çatladı da! Gözləməkdən yorulan xalqın səbri bir gün də tükənməliydi və elə də oldu.Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi əmrlə nizami ordumuz haqq savaşına qalxdı. Uzun illər ərzində atəşkəsi mütəmadi pozan, daimi münaqişə yaradan,xisləti əqrəb kimi sancmaq olan erməni qarşıtərəfdən gözləmədiyi cavabı alanda başını itirdi, o qədər qorxdu ki, papağını da döyüş texnikaları və hərbi sursatları kimi elə meydanda qoyub qaçmağa üstünlük verdi.

 

..Yollarını bəndə vurub bəd əllər,

Yuxusunu qarışdırır yad əllər.

Nər oğullar silahlanıb gələrlər,

Əmr edərsə bir gün Ali Baş Komandan...

 

Müharibə heç bir halda arzu olunan deyil, əlbəttə, amma bəzən ondan başqa çıxış yolun da qalmır. Azərbaycan da əvvəldən istəmədən qatıldığıbu müharibəni sülh yolu ilə bitirməyin yollarını axtardı həmişə, amma qarşı tərəf heç vəchlə dinə-imana gəlmədi ki, gəlmədi! Belə olanda əlbəttə əzəli qədim yurd yerləri olan Qarabağ torpaqlarımızı silah gücünə vuruşaraq geri qaytarılmalıdı. Bu günlər hər bir Azərbaycanlının gözü yolda, qulağı səsdədir, cəbhədən gələn qələbə xəbərini gözləyir. Hər gün Ordumuzun azad etdiyi yurd yerləri haqqında məlumatı böyük qürur hissiylə qarşılayır. Müharibə itkisiz olmur, bəli, amma "Torpaq, əgər uğrunda ölən varsa vətəndir!”sözləri bu günlər əsgər yola salan ana və ataların dilinin əzbəridir. Analar oğullarına "Qələbə ilə qayıt!”deyə göndərir müharibəyə. Millətimizdə böyük ruh yüksəkliyi, dövlətə, onun haqq işinəinam böyükdür.

 

..Səngər-səngər, lağım-lağım dolanaq,

Igidlərdi sağım, solum.., dolanaq.

Burda hələ çaylar, sular bulanıq,

Orda hələ bir vətən var, nigaran!...

 

Siyasətlə siyasətçilər məşğul olmalıdı, amma təəssüf ki, bu günlər baş verən hadisələrlə bağlılığı olmayan insanlar da fikir bildirir, proqnoz verir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev deyib:

" Nəyi, necə, nə vaxt etmək ılazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində...”

Ona görə də bizə səfərbərlik və inanmaq lazımdır, o böyük qələbəyə, işğal altında olan digər torpaqlarımızın da azad olunaraq geri qaytarılacağı günə. Anam deyirdi ki, "Haqq nazilər, amma üzülməz”. İşğaldan keçən bu illərdə ermənilərin yalan maşınları özlərinə sərf edən çoxlu yalanlar buraxdı, ayaq tutub yeriyəni də oldu, amma son söz son haqqın, ədalətindir. Bütün dünyada simasızlığı bəyan olan, maskası yırtılan erməniyə havadar duranlar da geri çəkilir, tarixi ədalətin önündə deməyə söz tapmır.

Deyirlər ən pis şərtlərlə bağlanan sülh ən yaxşı müharibədən yaxşıdır. Indi həm ön cəbhədə, həm də arxa cəbhədə xalq yekdildir, haqq işinin qalib gələcəyinə şübhə etmir, iradə, səbr göstərərək Ordumuzun qələbə xəbərini gözləyir...

"Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur”-haydı, igidlərim...

...Bu torpağın qisası

Qiyamətə qalmaz ki...

Son döyüş, son qələbə

Bizimkidir, bizimki!...

 

...Şuşanın dağları olar tamaşa,

Gözəllər bürünər tülə, qumaşa.

Doğma eli qarış-qarış dolanıb,

Yollar keçər yenə düz Qarabağdan!...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26
2020-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK