adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Oktyabr 2020 21:00
17995
DÜNYA
A- A+

Yük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı - FOTO

Serbiyadan Paraqvaya gəmi ilə göndərilən gübrə konteynerlərində biletsiz insanların cəsədləri tapılıb.

Bu barədə “Reuters” xəbər yayıb.

Meyitlər gübrə şirkətinin meneceri tərəfindən konteyner açıldıqdan sonra tapılıb. Onun sözlərinə görə, cəsədlər tamamilə çürümüş vəziyyətdə olub - onlardan yalnız sümüklər, saçlar və paltarlar qalıb.

Eyni zamanda, konteynerdə havalandırma üçün düzəldilən dəlik də tapılıb.

İki qurbanın əşyaları arasında Mərakeş vətəndaşlarının adına sənədlər aşkarlanıb.

Müstəntiqlərin ehtimallarına görə, onlar bilet olmadan daha yaxın bir yaşayış məntəqəsinə yollanmaq istəyiblər, ancaq məsafəni düzgün hesablamayıblar.

Gəmi təxminən üç ay yolda olub, qaçqınların qida ehtiyatları isə cəmi üç gün üçün nəzərdə tutulubmuş.