adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2020 11:27
26222
ELM VƏ TƏHSİL
A- A+

İndiki vəziyyətdə ən düzgün yol distant təhsildir - Emin Əmrullayev

Biz hər şagirdin ənənəvi təhsil almasının tərəfdarıyıq, amma indi yaranmış vəziyyətdə ən düzgün yol distant təhsildir.

Adalet.az məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sutka ərzində yoluxma sayının 1000-dən çox olması artıq distant təhsilin təşkili barədə qərarın verilməsinə səbəb olub.

Nazir bildirib ki, hazırda hər bir vətəndaşın verə biləcəyi töhfə qaydalara əməl etməkdir.