adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Oktyabr 2020 12:20
29075
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar verib.

Adalet.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7 faiz, aşağı həddi isə 6 faiz səviyyəsində saxlanılıb.

Mərkəzi Bank rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxacaq.