SON DƏQİQƏ:

İkbal Durre: “Ermənistan hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram”

  8728   |  
Şriftin ölçüsü  

Təəssüf ki, hamısı olmasa da əksər rusiyalı ekspert arzu ediləni həqiqət kimi qələmə verir. Qərəz onların obyektiv olmasına mane olur. Üstəlik, öz dövlətlərinin rəsmi siyasəti barədə səhv anlayışları var.

Bunu türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert İkbal Durre rusiyalı ekspertlərin Türkiyənin Qarabağda sülhməramlı əməliyyatda iştirakına narazılıqları ilə bağlı Media.az-ın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Kremlin mövqeyini öyrənəndə bir çox ekspertin rəyi, ritorikası tədricən də olsa dəyişir.

“Tez-tez belə metamorfozların şahidi oluram”, - deyə o əlavə edib.

Politoloq bu məsələdə Qərbin reaksiyasına gəldikdə isə onların mövcud vəziyyətdə məsələlərdən kənarda qaldıqlarına görə narazı olduqlarını bildirib.

“Onlar Türkiyə və Rusiyanın bölgədə artan nüfuzundan narazıdırlar. Qərb son zamanlar bu ölkələrlə elə də yaxşı münasibətdə deyil və bu, Ankara ilə Moskvanın mövqelərinin yaxınlaşmasına təkan verir. Hadisələrin belə bir inkişafı onlara sərf etmir, bunu heç gözləmirdilər. Ancaq Qərb öz problemləri ilə məşğul olduğundan bu məsələdə bəxti gətirmədi: ABŞ-da - seçkilər, Avropada - terror hücumları. Nəticədə onların Qarabağa gecikmiş reaksiyasının şahidi oluruq”.

Ekspert Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu da qiymətləndirib:

“Bu, Azərbaycan üçün də, Türkiyə üçün də müsbət haldır. Rusiya üçün bir nəticədir, buna görə də Moskva Ankara ilə əlaqələrini inkişaf etdirəcək. Bütün ölkələr Qafqazda qonşudurlar. Moskva üçün Türkiyə istənilən halda Qərbin bu bölgədəki varlığını gücləndirməkdən daha yaxşıdır”.

Ermənistanın narazılığına gəldikdə isə ekspert bunu heç cür başa düşmədiyini deyib:

“Ermənistan ümumiyyətlə hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram”, - deyə İkbal Durre sözlərini yekunlaşdırıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-29
2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK