adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ZƏLZƏLƏ

FAİQ QİSMƏTOĞLU
69174 | 2020-11-27 12:42

Zəlzələ elə bir təbii fəlakətdir ki, o baş verəndə yerin altını üstünə çevirir. Yəni Yer üzündə nə varsa – yaşayış binası, tikili, insan həyatı üçün əhəmiyyətli görünən nə olursa olsun, hamısını darmadağın edir. Amma zəlzələ də baş verəndə bəzən elə olur ki, üç-dörd bina sağ-salamat qalır. Bəlkə də bu binanın özülünün möhkəmliyindəndi, bəlkə yüksək keyfiyyətli inşa edilməsindəndi, bəlkə də başqa amillərdən irəli gələn səbəbdəndi. Amma elə məqamlar var ki, o, zəlzələdən daha dəhşətli, daha müsibətli, daha faciəlidir.

Heç uzağa getməyək, ermənilərin son 30 ildə bizim torpaqlarımızda, bizim şəhərlərimizdə, kəndlərimizdə, qəsəbələrimizdə, yaşayış məntəqələrimizdə törətdikləri faciələr, dağıntılar o zəlzələnin yanında toya getməlidir. İşğaldan azad edilmiş Füzüli şəhərinə, Cəbrayıl şəhərinə, Zəngilan şəhərinə, Qubadlı şəhərinə, lap elə yenicə azad olunmuş Kəlbəcərə baxanda adamın ürəyi ağrıyır. Ürəyi ağrıyır ki, bu hansı vəhşi qəbilədi ki, 30 il Azərbaycan ərazisində yaşayıblar, çörəyini yeyiblər, havasını udublar... bu şəhərlərimizdə, bu kəndlərimizdə, bu qəsəbələrimzdə bir salamat tikinti qoymayıblar. Hətta vəhşi qəbilələr belə hücum edərkən o şəhərin altını üstünə çevirməyiblər. O şəhərin binalarını, yaşayış

yerlərini, insanların məskən saldığı ərzailəri darmadağın eləməyiblər. Bunlar isə qeyri-adi hərəkət ediblər. Bayaq dedim axı, şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi elə günə qoyublar ki, heç zəlzələdən çıxan şəhər, kənd belə bir vəziyyətə düşmür. Aşqabadda güclü zəlzələ baş verərkən orada yaranan fəsadlar heç də Füzulidəki fəsadlardan böyük deyildi... heç də Ağdamdakı fəsadlardan böyük deyildi... heç də Zəngilandakı fəsadlardan böyük deyildi... heç də Qubadlıdakı fəsadlardan böyük deyildi...

Qəribə bir hadisə yadıma düşür. Fillər meşədən keçəndə ağcaların yarpaqlarını, budaqlarını qidalanmaq üçün sındırırlar. Hətta fil sürüsü də meşədən keçəndə heç vaxt ağacı kökündən çıxarmır. Gör bunlar nə qədər vəhşiləşmiş, sifətlərini itirmiş, insanlıqdan xəbəri olmayan bir millətdir ki, bizdə hər şeyi məhv eləyiblər. 100 ilin, 200 ilin, 500 ilin palıd ağacları, çinar ağacları, uzunömürlü qoz ağacları hamısı çıxarılaraq aparılıb.

Təsəvvür edin, Zəngilanda dünyada analoqu olmayan çinar meşələri vardı. O çinar meşələrinin hamısını kökündən çıxararaq özləri ilə aparıblar. Bu dərəcədə vəhşilikmi olar? Bu dərəcədə qəddarlıqmı olar? Bir millətin tarixini, mədəniyyətini, kurqanlarını, mağaralarını, türbələrini, məscidlərini, qəbiristanlıqlarını, yaşayış yerlərini, məktəbləri, binaları 30 ildə darmadağın etmək bəşəriyyət tarixində görünməyən hadisədi. Dünya tarixində bəlkə də belə hadisə baş verməyib. Bir məmləkətin çörəyini yeyəsən, suyunu içəsən sonra da

altını üstünə çevirəsən. Gör bunlar nə qədər nankor, nə qədər şərəfsiz, nə qədər alçaq bir xalqdır ki, Kəlbəcərdə 30 il yaşayıblar, oranın isti suyunu içiblər, yaylaqlarından istifadə ediblər, azərbaycanlıların qaldıqları evi yandırıb gediblər. Və bu səhnəyə də böyük bir sevgiylə tamaşa ediblər. Sanki etdikləri vəhşiliklərdən zövq alıblar. Qoy bütün dünya bilsin ki, ən qəddar, ən böyük faşizm erməni faşizmidi.

Cənab prezident xalqa müraciətində bildirdi ki, “Biz Ermənistan üzərində təkcə böyük Qələbə qazanmadıq, həm də erməni faşizmi üzərində qələbə çaldıq”. Deməli, burdan belə bir nəticəyə gəlmək olar ki, XXI əsrin ən böyük təhlükəsi, hətta koronavirusdan da qorxulu erməni virusudu. Bəşəriyyəti bu virusdan qurtarmaq lazımdır. Hələ fransızlar başlarının altına yastıq qoyub yatıblar. Elə bilirlər ki, ermənilər dünyanın ən yazıq, ən məzlum, ən sədaqətli milləti, xalqıdı. Zaman gələcək, necə ki, Türkiyədən torpaq iddiası edirlər, necə ki, Azərbaycandan, Gürcüstandan torpaq iddiası ediblər, günlərin birində Fransadan da torpaq iddiası edəcəklər.

Zamanında rəhmətlik Elçibəy bir fikri işlədib “hər şeyin zamana ehtiyacı var”. Bu hadisələrin də zamana ehtiyacı var. Bəşəriyyəti bu virusdan qutarsa, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev qurtaracaq. Çünki bu virus bəşəri bir virusdu. Erməni virusunun vaksini tapılmırdı, onu yalnız İlham Əliyev tapdı və onları lazımınca yerində oturtdu. 30 illik işğal altında olan

torpaqlarımızı erməni işğalından azad etdi və bu gün möhtəşəm bir Qələbə qazandıq.

Sözümün əvvəlində zəlzələdən danışdıq. Mən təsadüfən bu zəlzələ məsələsini xatırlamadım. Çünki dünyada çox zəlzələ olub. İstər Türkiyə olsun, istər digər ölkələr olsun, bu ölkələrdə 7-8 bal gücündə baş verən zəlzələ zamanı heç də bütün şəhərin altı üstünə çevrilməyib, kəndlər, qəsəbələr, şəhərlər tarmar edilməyib. Amma qoy dünya görsün ki, bu gün Fransanın müdafiə elədiyi, arxa durduğu Ermənistan hansı sifətin, hansı əqidənin, hansı işin sahibidi.

İnanın, artıq dünya bunları tanıyır. Həm də bizə qarşı informasiya blokadası yaranmışdı. Artıq o blokadanı da biz dəf etib beynəlxalq aləmə çıxmışıq. Artıq ermənilərin iki aləti qalıb: biri gözü yaşlı, biri də onların yalanıdı. Artıq Moskva ermənilərin göz yaşına inanmır... Artıq Moskva ermənilərin göz yaşına inanmır. Çünki bilirlər ki, yalan ayaq tutub yeriməz, artıq bu yalanın ayaqları da qırılıb, gözləri də kor olub, qulaqları da kar olub, dilləri də lal. Çünki Azərbaycanın ədalətli işi 30 ildən sonra Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın müzəffər Ordusunun qüvvəsilə işğal altından azad edildi və ərazimizin bütövlüyü təmin edildi.

Yenə əvvəlki sözümə qayıdıram. Artıq bütün dünya ermənilərin iç üzlərini, maskalarının yırtılmalarını gördülər. Gördülər ki, timsah göz yaşı tökən ermənilər hansı əməlin sahibi imiş. Bu zəlzələ bir daha baş verməyəcək. Ona görə baş verməyəcək ki, Azərbaycan

bu böyük faciənin, bu böyük fəlakətin qarşısını aldı və Azərbaycan işğal altında olan öz torpaqlarını 30 ildən sonra hamısını azad elədi və Ermənistanın kim olduğunu dünyaya sübut etdi.

Şükürlər olsun, ölkəmizdə hər şey qaydasına düşüb. Qısa zaman kəsiyində işğaldan azad edilmiş şəhərlərimizdə, qəsəbələrimzdə, kəndlərimizdə Ali Baş Komandanın və Azərbaycan xalqının böyük gücü ilə quruculuq, bərpa və abadlıq işləri görüləcək. Artıq Füzulinin Əhmədbəyli kəndindən Şuşaya avtomobil yolu çəkilir... Artıq Qubadlıdan üzü Zəngilan istiqamətinə avtomobil yolu çəkilir... Artıq həmin yaşayış sahəsi elektrik enerjisi ilə təmin olunub... Artıq həmin ərazilərdə kommunikasiya xətləri də bərpa olunub...

Sözümüzün canı odur ki, biz Qələbə qazandıq. Və ermənilər nə qədər böyük zəlzələ törətsələr də, o zəlzələnin qurbanı onlar özləri olacaqlar. Azərbaycan güclü dövlətdir! Qarabağ Azərbaycandır

TƏQVİM / ARXİV