SON DƏQİQƏ:

Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor

  14439   |  
Şriftin ölçüsü  

"Ermənilər Laçının mənim doğulub boya-başa çatdığm Cizimli kəndində 12-14-cü əsrlərə aid olan Məlik Əjdər türbəsini elə dağıdıblar ki, elə bil orada goreşən kimi qızıl axtarırlarmış! Türbənin məqbərə hissəsini götürüb aparıblar. Onlar Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər".

Bunu Trend-ə Laçın rayonundan olan professor Şikar Qasımov deyib.

Laçının işğaldan azad olunması münasibətilə laçınlıları, ümumilikdə Azərbaycan xalqını təbrik edən Ş.Qasımov qeyd edib ki, ermənilər yalnız Laçını deyil, işğal edilmiş bütün rayonlarımızı talan ediblər:

”Bir adam 1 ay, 1 il bir yerdə yaşayanda o yer onun üçün doğmalaşır, o, həmin yerə heç olmasa hörmətlə yanaşır. Ermənilər isə işğal edilmiş torpaqlarımızda 28 il yaşayıblar, amma onlara hörmət etməyiblər, bu torpaqlar talan ediblər, rayonları tərk edəndə özləri ilə evlərinin dəmirini də söküb aparıblar”.

Ş.Qasımov Laçının işğaldan əvvəl gözəl şəhər olduğunu, orada böyük mədəniyyət, elm mərkəzləri, rəsm qalareyasının yerləşdiyini, bütün infrastrukturun inkişaf etdiyini söyləyib.

Laçın rayonunun tarixinin olduqca qədim olduğunu deyən alim orada 300-ə qədər abidənin erməni işğalı altında qaldığını vurğulayıb:

"Ermənilər dağıtdıqlarını dağıdıblar, dağıtmadıqlarını da özləri ilə Ermənistana aparıblar. Laçında 6000 illik tarixə malik olan abidələr var. Bu rayonda Azıx mağarası ilə müqayisə oluna biləcək abidələrimiz var. Laçın Diyarşünaslıq Muzeyində 5000 eksponat nümayiş etdirilirdi, Laçının rəsm qalareyasında 20-ə qədər eksponat, Laçında Sarı Aşığın qəbri, qəbirüstü abidəsi, ona aid olan 150-yə qədər əşya vardı. Ermənilər bunların hamısını məhv ediblər".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK