SON DƏQİQƏ:

"Azərbaycan xalqı qalibdir"

  15681   |  
Şriftin ölçüsü  

Bu gün Laçın işğaldan azad olundu. Bu münasibətlə bütün Laçınlıları, xalqımızı təbrik edirəm. Gözünüz, gözümüz aydın olsun deyirəm. Artıq heç bir azərbaycanlı qaçqın deyil, onlarla yanaşı, biz də doğma torpaqlarımıza qovuşduq. Biz bütövləşdik, vahid olduq. Bu gün torpaqlarımızın işğaldan azad olunması başa çatır. Bu qələbəni təmin edən şəhid əsgər və zabitlərimizi böyük hörmət hissi ilə yad edirəm. Yaralı əsgər və zabitlərimizə tezliklə sağalmalarını arzu edirəm. Bundan sonra daha çətin, uzun və gərgin bir mərhələ başalayır. Mənfur düşmən şəhər və kəndlərimizi yerlə-yeksan edib, yeraltı və yerüstü sərvətlərimizi talan edib, ekoloji terror törədib, mədəni-tarixi-dini irsimizi dağıdıb. Bu cinayətlərə görə məsuliyyət daşımalı, layiq olduğu cəzanı almalıdır. Ölkəmizə vurduğu ziyana görə təzminat ödəməlidir. Əlbəttə ki, bu gün hər birimiz həmin torpaqlara çan atırıq, Qarabağın havasını udmaq istəyirik. Artıq tikinti-bərpa işlərinə başlanılıb. Dağıdılan hər bir yer yenidən inşa edilir, meşələr və yaşıllıqlar təkrar canlandırılacaq və əsrarəngiz göz oxşayan təbiətinə qovuşacaq. Bu qələbəni bizə yaşadan müzəffər ordumuza, cəsur əsgərlərimizə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, belə qorxmaz, igid övladlar yetişdirdiyinə görə onların valideynlərinə sağ ol deyirik.Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində əsaslı, sistemli siyasət həyata keçirməklə güclü iqtisadiyyat yardıldı, güclü ordu quruldu, diplomatik münasibətlər və əməkdaşlıqlar yaradıldı. 1992-1993-cü illərdə xalqımız bütövlükdə "uduzmuş xalq” sindromunu yaşayırdı, bu gün artıq xalqımız qalibdir, özünə, dövlətinə,ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Hər qarış torpağımızı başımızın tacı olub, göz bəbəyi kimi qorumalıyıq. Bundan sonra açılan hər sabahımız bütöv Azərbaycana açılacaqdır. Bir daha xalqımızı təbrik edirəm, qələbəmiz mübarək.

Qarabağ Azərbaycandır!

 

Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri,

professor Hicran Hüseynova

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK