SON DƏQİQƏ:

Ancaq kişiləri öldürən məxluq insanları çaş-baş qoyub

  37589   |  
Şriftin ölçüsü  

Zimbabvenin cənub-qərbində Qvanda şəhərində kişilərin sirli qatilini tutmaq üçün fövqəltəbii qüvvələrin qovulması üzrə mütəxəssis cəlb etmək qərarına gəlinib.

Bu barədə yerli “The Chronicle” qəzeti xəbər verir.

Yerli sakinlər məxluqun Mtsxabezi çayında təxminən 50 il əvvəl ortaya çıxdığını iddia edirlər. İlk qurbanlarının su üçün körpüyə gedib qəribə bir şəraitdə boğulan məktəblilər olduğu iddia edilir. Bəziləri onların ölmədən əvvəl suda balıq gördüklərini söyləyib. Son illərdə elə həmin körpünün yanında çimən insanlar mütəmadi olaraq boğulurlar.

Zimbabve Şəfaçıları Milli Dərnəyinin yerli şöbəsinin xəzinədarı Gogo Banda boğulanların hamısının kişilər olmasını şübhəli hesab edir. Onun fikrincə, onların ölümünü təbii səbəblərlə izah etmək mümkün deyil, çünki çay böyüklər üçün təhlükə yaradacaq qədər dərin deyil.

Məxluqun axtarışını Mərkəzi Afrikadakı Sion Apostol Kilsəsinin xadimi Mehluli Moyo həyata keçirəcək.

Moyo “Müqəddəs Ruh”un Mtsxabezi üzərindəki körpüdə insanların ölüm səbəbini açacağını ümid edir. Əgər cadugərlik məsələsidirsə, o, məxluqla təkbaşına məşğul olacaq. Ölümlər “əcdadların ruhlarından” qaynaqlanırsa, o, pasifikasiya ritualını həyata keçirəcək uyğun insanlarla əlaqə qurmağı tövsiyə edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-19
2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK