SON DƏQİQƏ:

FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər

  14691   |  
Şriftin ölçüsü  

Dekabrın 3-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları Binə qəsəbəsində yaşayan, iki oğlu Vətən Müharibəsində şəhid olmuş Məmmədovlar ailəsini ziyarət ediblər.

Şəhid qardaşlar İman və Bəhrəm Rusiyanın Həştərxan vilayətində gəmiçilik ali məktəbində təhsil alıblar. Müharibə başlayan kimi könüllü döyüşə qoşularaq, Füzuli, Cəbrayıl və Zəngilanın  kəndlərinin azad edilməsində iştirak ediblər.

Lakin Xankəndi yaxınlığında gedən döyüşlərdə eyni anda xain düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb, adlarını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıblar.       

İdmançı şəhidlərimizin atası Elman Məmmədov söhbət zamanı xatirələrindən, övladlarının həyat yolundan, müqəddəs amal uğrunda gedən müharibədəki döyüş qəhrəmanlığından, onların mehribanlığından, şəhid olmaq arzularından, komandir və yoldaşlarının onların qəhrəmanlığı, şücaəti barədə xatirələrindən danışıb.

FHN-in əməkdaşları ailəyə baş sağlığı verib, şəhidlərimizin daim Azərbaycan xalqının xatirəsində uca tutularaq heç zaman unudulmayacağını vurğulayıblar. Valideynlərə dərin ehtiramlarını bildiriblər.

Torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK