SON DƏQİQƏ:

Aqil ABBAS: SİZ NİZAMİNİ DƏ, BU XALQI DA TƏHQİR ETMİSİNİZ 

  27373   |  
Şriftin ölçüsü  

Atam üçün dünyada üç şair vardı: Nizami, Sabir və Səməd Vurğun. Məni də bu ruhda böyüdürdü.

Elçiliyə gedəndə yalvardım ki:

- Ata, sənə qurban olum, Məmməd Araz görkəmli şairdi, onunla poeziyadan mübahisə eləmə.

Kimə deyirsən? Başlayıb Nizamidən, Sabirdən, Səməd Vurğundan və deyib ki, şair onlardı.

Məmməd Araz qayıdıb ki:

- Bəs, Füzuli?

Atam:

- Füzuli mənim kəndçimdi, bizim Bayatdandı, çox istəyirəm. Amma Nizaminin yanında…

Axırda Məmməd Araz bir az hirslənib demişdi:

- Ay kişi, sən məndən qız istəməyə gəlmisən, yoxsa dava eləməyə?

Atam Nizamini farsca əzbər bilirdi. Deyirdi, oğul, Nizamini orijinaldan oxusan, onun, əstəğfürullah, Allah olduğunu görərsən. Tərcümədə Nizami o Nizami deyil və sair və ilaxır. Sonra farsca misralarını deyirdi və mənə sətri tərcümə edirdi.

Yalnız iki tərcüməni bəyənirdi: «Sənsiz» və «Sevgili canan»ı. Deyirdi ki, Cəfər Xəndan onu əruzda, Nizaminin ruhuna uyğun tərcümə edib, o birilər isə hecada. Sonra deyirdi ki, yaxşı ki, heç olmasa qəzəllərini əruzda tərcümə ediblər.

Günlərin birində böyük alim Rüstəm Əliyevin Nizaminin əsərlərinin sətri tərcümədən ibarət gərək ki, 5 cildliyi çıxdı. Atam həmin cildləri tapdırıb gətirdi, dedi, oxu, bala, gör Nizami kimdi.

Bunları niyə yazıram? Universitetin bir professoru Ağdamda qonağımız idi. Atam soruşdu ki, Professor, elmi işiniz nə haqdaydı?

- Nizami haqqında.

- Farsca bilirsiniz?

- Xeyr, bilmirəm.

Ömründə heç kəsin xətrinə dəyməyən atam birdən-birə qayıtdı ki:

- Day deyin Səməd Vurğundan, Məmməd Rahimdən, Süleyman Rüstəmdən müdafiə eləmisiniz də. Fars dilini bilmədən necə Nizami haqqında elmi əsər yazmaq olar? Siz həm Nizamini, həm də bu xalqı təhqir etmisiniz.

Evdə də xeyli qonaq, bir balaca pərtlik oldu.

Atamın professora belə irad tutması Nizamiyə sevgisindən irəli gəlirdi.

İndi «Nizami ili»di. Yenə yazacaqlar – məqalələr, elmi əsərlər, monoqrafiyalar. Yaxşı olar ki, Nizamini orijinaldan oxumayanlara bir qadağa qoysunlar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK