SON DƏQİQƏ:

Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı

  13781   |  
Şriftin ölçüsü  

Son zamanlarda Azərbaycanda narın pərakəndə satış qiymətində nəzərəçarpacaq artım müşahidə edilməkdədir. Koronavirus pandemiyası dövründə həkimlərin nardan çox istifadənin virusa qarşı effektli olması ilə bağlı tövsiyələri nara olan tələbatı da xeyli artırıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov narın qiymətindəki artımı üç amillə əlaqələndirib.

Onun sözlərinə görə, səbəblərdən biri də ötən il Azərbaycanda narın ümumi istehsalının aşağı olmasıdır və bunun da əsas səbəbi su qıtlığının yaşanmasıdır: “Ötən il bir çox bölgələrdə su qıtlığı oldu. Hətta elə nar təsərrüfatları oldu ki, əvvəlki illə müqayisədə üç dəfə az məhsul əldə etdilər.

Eyni zamanda, bunun nəticəsində bazarda keyfiyyətli nar az miqdardadır: "Digər tərəfdən isə pandemiya şəraitində nara olan tələbat yüksəlib. Yəni bazarda təklif azaldığı halda tələbat çoxalıb. Təbii ki, belə olan şəraitdə qiymət qalxır. Narın həddindən artıq vitamin zənginliyini nəzərə alaraq insanlar pandemiya dövründə nardan istifadəyə üstünlük verdi və tələbat artdı. Tələbat olan yerdə də qiymət artımı təbiidir”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK