adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Yanvar 2021 22:32
19314
DÜNYA
A- A+

İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb

İran və Türkiyə arasında yükdaşıma və sərnişindaşıma potensialının maksimuma çatdırılması məqsədilə 3 sənəd imzalanıb.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli deyib. Onun sözlərinə görə, İran və Türkiyə arasında imzalanan bu sənədlər bir neçə istiqaməti nəzərdə tutur. Belə ki, Şərq-Qərb Dəhlizinin möhkəmləndirilməsi, Çin, Əfqanıstan və Pakistandan Türkiyəyə və əks istiqamətdə yükdaşımalar artacaq, Türkiyənin İranın cənub limanlarına çıxışı olacaq.

Nazir müavini deyib ki, cənub istiqamətindən Çinin Avropaya çıxışı da bu sənədlərdə nəzərdə tutulub.

Rəsuli əlavə edib ki, həmçinin İstanbul-Tehran-İslamabad dəmiryolu xətlərinin birləşəcəyinə ümid edilir.

Şirkət rəsmisi bildirib ki, cari İran ilinin 9 ayı (20 mart -20 dekabr 2020) ərzində İranla Türkiyə arasında 500 min tondan çox məhsul dəmiryolu vasitəsi ilə daşınıb. Bu rəqəm ilin sonunadək (21 mart 2021-dək) 600 min tona çatacaq. Bu isə iki ölkənin dəmiryol nəqliyyatı üzrə əməkdaşlığında rekord rəqəm sayılır.