SON DƏQİQƏ:

İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır

  10916   |  
Şriftin ölçüsü  

İsmayıllı rayonunda COVID-19 infeksiyasına qarşı aparılan vaksinləşmə prosesinin həyata keçirilməsi üçün ilkin işlərə başlanılıb. Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı yanında komissiyanın iclası keçirilib. İclasda vaksinasiyanın başlanması üçün görülən işlər barədə RİH başçısına məlumat verilib. Qeyd olunub ki, COVID-19 infeksiyasına qarşı aparılan vaksinləşmə prosesinin həyata keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxananın infeksiya şöbəsində xüsusi vaksin otaqları yaradılıb. Burada vaksinasiyanın aparılması üçün bütün lazımi işlər görülüb. Bundan əlavə bildirilib ki, ilk peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb, 19 yanvar 2021-ci il tarixdə qrafikə uyğun olaraq vaksinləşmə işi başlanılacaqdır.

Bununla bağlı İcra Hakimiyyətinin rəsmi saytında və sosial şəbəkələrdə əhaliyə mütəmadi olaraq məlumat veriləcəkdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesinin başlanması ilə əlaqədar komissiya yaradılıb.

Vaksinləşmə prosesinə ilkin olaraq yüksək risk qrupuna aid şəxslər və əhali ilə sıx təmasda olan müəssisələrin əməkdaşları cəlb olunacaqdır.

Vətəndaşlarımıza bildirmək istəyirik ki, 2020-ci ilin əvvəllərində bütün dünyanı cənginə alan, eləcədə ölkəmizdə bir sıra çətinliklər yaradan pandemiya, vaksinləşmədən sonra bitəcək və biz yenidən əvvəlki normal həyatımıza qayıdacağıq.

Buna görə hər birinizi bu işdə daha məsuliyyətli olmağa çağırırıq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-01
2021-02-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK