SON DƏQİQƏ:

Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir - Nazir

  31235   |  
Şriftin ölçüsü  

Vətən müharibəsi zamanı dağıntıları çox olan məktəblərlə bağlı müvafiq qərarların verilməsi üzərində işlənilir.

Adalet.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı ermənilərin atdığı raket atəşləri cəbhə bölgəsinə yaxın və ondan uzaq radiusda yerləşən məktəblərdə tədrisi həyata keçirmək mümkünsüz idi.

"Bu, 300 mindən artıq şagird, 1150-ə qədər məktəb demək idi. 54 məktəb müharibə dövründə bu və ya digər şəkildə zədələnib. Onların bərpası üçün müvafiq dövlət qurumları ilə birlikdə işləyirik. Düşünürəm ki, fevralın 1-də ibtidai sinif şagirdləri məktəbə qayıtdıqda bu məktəblərin əksəriyyəti onları qəbul etməyə hazır olacaq. Bəzi məktəblərdə dağıntılar çox olduğundan onlarla bağlı müvafiq qərarların verilməsi üzərində işləyrik".

E.Əmrullayev qeyd edib ki, dağıntıları çox olan həmin məktəblərin şagirdlərinin ya qonşu məktəblərə yerləşdiriməsi, ya da həmin məktəblərin hansısa otaqlarının müvəqqəti təmir edilməsi və daha sonra daha dayanıqlı həll yollarının tapılması nəzərdə tutulur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK