SON DƏQİQƏ:

TƏLXƏYƏ BAX!.. -  SEYFƏDDİN ALTAYLI yazır

  164518   |  
Şriftin ölçüsü  

“Dinimǝ söyǝn barı müsǝlman olsa!..”

Dilimizdǝ bir mǝsǝl var, “elǝ söz deyir ki, adamın ayağı yerdǝn kǝsilir!; vǝ ya “elǝ söz deyir bişmiş toyuğun gülmǝyi gǝlir!”

Bu cür sözlǝr min illǝrin yadigarıdır vǝ sınana-sınana yaradılıblar. Jirinovski Türkiyǝdǝ yaxşı tanınan bir yǝhudidir vǝ indiyǝ kimi qırdığı qoz yüzü ötübdür.

Qǝhrǝmanımız Ramil Sǝfǝrli (ov demǝyǝ dilim dönmür) azadlığa buraxıldığı zaman bu Türk düşmǝni yǝhudi: “Ermǝni mǝxfi tǝşkilatının mǝnsubları fǝaliyyǝtǝ keçmǝli vǝ elǝ işlǝr görmǝlidir ki, Azǝrbaycan bir daha bu cür addımlar ata bilmǝsin. Nümayişlǝ bu işlǝr yerimǝz, bir ermǝninin ǝvǝzindǝ ǝn varlı beş Azǝrbaycanlı mǝhv edilmǝlidir” - deyǝ bǝyanat yaymışdı. 1993-cü ildǝ partiyasının konqresindǝ isǝ “Türklǝrin tamamı dünyadan yoxa çıxsa dünya heç nǝ itirmǝz” demişdi. Vǝ bu adam Türkcǝ ifadǝ ilǝ desǝk, “özünü div aynasında görür” vǝ “bulunmaz Hind qumaşı zǝnn edir”.

Putin, özünün deyǝ bilməyǝcǝyi sözlǝri daim tǝlxǝyi Jirinovskiyǝ dedirdir. İllǝrdir bu yüngülsaqqal adamın söylǝmlǝrindǝn zara gǝlmişik. İllǝr ǝvvǝl dediklǝrinǝ baxın hǝlǝ: “Avropa Türkiyǝni niyǝ qǝbul etmir, çünki qorxurlar. Bǝs biz niyǝ qorxmuruq. Onlara nüvǝ energisini ötürdük vǝ tǝlim keçdik, niyǝ? Onlar energini bizdǝ ala bilmirdi?! Sata bilǝrdik. 70 il qabaq Türkiyǝnin 17 milyon ǝhalisi vardı vǝ heç nǝlǝri yoxdu. Sovetlǝr Birliyi onlara avtobus verdi, ancaq bizim avtobusumuz yoxdu. Onlara neftayırma zavodu, kimya zavodu, elektrik stansiyaları tikdik. Hal-hazırda Orta Şǝrqin ǝn qüdrǝtli dövlǝtini biz yaratdıq. Türk ordusu NATO-dakı ǝn qüdrǝtli ordudur vǝ sayı bir milyondur. Türk ordusu NATO-nun ǝsas qüvvǝsidir. 30 il sonra Türklǝrin vǝ İranın ǝhali sayı 150 milyon, Əfqanıstan vǝ Pakistanın 200 milyon bizim sayımız isǝ 100 milyon olacaq. Bu da 500 milyonluq İslam ölkǝsi vǝ vahid bir dini birlik demǝkdir. Onlar Ermǝnistanı ǝzǝcǝklǝr! Azǝrbaycanla birlǝşǝrǝk tamamilǝ ǝzǝcǝklǝr! İranla mǝrkǝzi Asiyada vuruşacaqlar, böyük Türk cümhuriyyǝtini, Turanı yaradacaqlar. Onların bizǝ qarşı birlǝşǝcǝklǝrini düşünmǝliyik, biz xristian, ancaq onlar müsǝlmandır. Onları birlǝşdirǝn daha bir fakt var, Türk dili. Bu dil Azǝrbaycanın, Türkmǝnlǝrin, Özbǝklǝrin, Qırğızların, Qazaxların, Tatarların, Başqırdların dilidir, bǝs oralarda Rus dilindǝ kim danışır!?”

Bu adam bǝzi gerçǝkliklǝr barǝdǝ düz demir. Otuz il sonra İranın yox, Azǝrbaycanın ǝhali sayı 65 milyon olacaq, İran deyilǝn viranǝ dǝ bir küncǝ qısılacaqdı, inanmırsa, açıb Bütöv Azǝrbaycanın xǝritǝsinǝ baxsın. İkincisi deyir Türkiyǝyǝ filan, filan şeylǝri verdik onları güclǝndirdik deyǝ cınqırından qoz çıxardır. Avtobusu olmayan Sovetlǝr Birliyi onları hardan alıb Türkiyǝyǝ verdi.

Sonra buna sormaq gǝrǝkdir ki, dördüncü yüzildǝ hunlar İtil çayını keçib Qaradǝnizin qüzeyindǝki soydaşları olan Saxa Türklǝri ilǝ birlǝşdiyi vǝ Ren çayına, şǝrqdǝ Qafqazlara kimi olan yerlǝrǝ hökm etdiyi zaman rus adlı bir xalq vardımı varsa hansı kökdǝ yaşayırdı? Sonrakı yüzillǝrdǝ Uzlarla Pǝçǝnǝklǝr bir-birilǝ vuruşmasa, Qaradǝnizin quzeyindǝ Kumanlarla Pǝçǝnǝklǝr vahid bir dövlǝt yaratsa, Bizansın intriqaları ilǝ soydaşları bolqarlarla bir-birini qırmasa, Əmir Teymur Qızıl Ordanı mǝhv etmǝsǝ, rus orduları Qafqazı, Türküstanı işğal edǝ bilǝrdi?

Türk xofu diyǝsǝn Jirinovskinin dǝ, Putinin dǝ kürkünǝ yaman birǝ doldurub…! Putinin Covid-19 xǝstǝliyi çıxdığı zaman “Biz Pǝçǝnǝklǝri, Kumanları, Türklǝri mǝğlub etdik bunu da edǝrik” demǝsinin kökü dǝ hǝmin xofdan bǝhrǝlǝnmişdir.

Jirinovski deyir, ancaq dönüb özlǝrinǝ baxmır. Pyotra kimi rus xalqı bitin-birǝnin ǝlindǝn zara gǝlmişdi, insan kimi yaşamağı da bilmirdi. Əgǝr Pyotr üzünü Avropaya tutmayıb özündǝn qabaqkı rus idarǝçilǝri kimi hǝrǝkǝt etsǝydi, rus elǝ bugün dǝ mağara dövrünü yaşayacaqdı. Digǝr bir fakt isǝ Mǝrzifonlu Qara Mustafa Paşa 1711-ci ildǝ Prut çayının bataqlığında mühasirǝyǝ saldığı rus ordusunu mǝhv etsǝydi, rus xalqının taleyi nǝ olardı, Jirinovski bunu fikirlǝşmir.

Bizim kǝnddǝ bir ifadǝ işlǝdǝrdilǝr: dǝdǝnlǝ dǝdǝmi demǝ, özünlǝ özümü de. Bǝli, bugün Rusiya imperiyadır, ancaq bu imperiya hansı zülmlǝrin vǝ oğurluqların özülü üstündǝ yüksǝlib mǝlumdur. Jirinovski, Türkiyǝyǝ yardım mǝsǝlǝsini deyǝsǝn çox dilinǝ dolayıb.

1920-ci ildǝ yaranan Buxara Cümhuriyyǝtinin dövlǝt rǝhbǝri Osman Xoca Moskvaya Lenin, Çiçerin vǝ Lev Qaraxanyan ilǝ görüşǝ gedir. Lenin ona Mustafa Kamal Paşanın xarici işlǝr naziri Bǝkir Sami rǝhbǝrliyindǝ Ankaradan bir hǝyǝtin 26 Nisan (aprel) 1920 tarixindǝ gǝldiyini özlǝrindǝn maddi yardım tǝlǝb etdiyini, ancaq Sovetlǝrin vǝziyyǝtinin Türkiyǝni tǝlǝbini qarşılayacaq sǝviyyǝdǝ olmadığını söylǝdikdǝ, Osman Xoca onun sözünü kǝsǝrǝk, biz Türk qardaşlarımıza istǝnǝn qǝdǝr yardım edǝ bilǝrik. Lenin maraqlanıb sorduqda Osman Xoca, Türklǝrǝ 100 milyon qızıl rubl yollaya bilǝrik deyib vǝ sonrakı günlǝrdǝ öz mǝclislǝrindǝ yekdilliklǝ yetişilǝn qǝrarla hǝmin pulu Buxara Cümhuriyyǝtinin Baş naziri vǝ xarici işlǝr naziri olan Feyzullah Xoca aparıb Moskvaya tǝhvil verib. Ancaq ruslar Buxaralı qardaşlarımızın Türkiyǝdǝ yeridilǝn Milli Azadlıq Hǝrǝkatına bağışladığı yüz milyon rubldan yalnızca on milyon rublu yollamış vǝ qalanını mǝnimsǝmişlǝr, yǝni mǝdǝnicǝ desǝk, oğurlayıblar. Nǝ hikmǝtdirsǝ, ruslar bu mǝsǝlǝni heç vaxt dillǝndirmirlǝr…

Dünǝn olduğu kimi, bu gün dǝ rusun örkǝninin üstünǝ odun yığılmaz, onlara ǝsla etibar etmǝk olmaz… Bunlar dünǝn nǝ idisǝ, bu gün dǝ eynidir, sabah da eyni olacaq, hǝr bir Türk bu reallığı ǝsla unutmamalıdır.

Birçox insanın dırnaqarası “böyük vǝtǝn müharibǝsi” dediyi II-ci Dünya Müharibǝsi zamanı Azǝrbaycandan istismar edilǝn neft rus ordusunun qǝlǝbǝ çalmasında ǝsas rolu oynamışdır. Jirinovski bu hǝqiqǝti görmür. Ruslar bu faktı başa düşüb vǝfa borclarını ödǝdilǝrmi? Bǝli, Türkǝ aid olmayan bu müharibǝyǝ yalnızca Azǝrbaycandan 430 min gǝnc aparılmış vǝ bunların ǝksǝriyyǝti geri qayıtmamışdır. Digǝr Türk cümhuriyyǝtlǝri vǝ xalqlarından toplanıb Alman ordularının qarşısına yeridilǝrǝk qırdırılanların sayı milyonları ötmüşdür. Ruslar heç olmasa bunun qarşılığını verdilǝrmi? Azǝrbaycana verdilǝr, hǝm dǝ 20 Yanvarda dinc xalqımızı güllǝbaran edǝrǝk, oğul-uşaq, qadın-qoca fǝrqi qoymadan vǝhşicǝsinǝ qǝtlǝ yetirǝrǝk, Xocalı Soyqırımında bǝşǝriyyǝtin ǝn alçaq soyqırımını törǝdǝrǝk. Türküstanı qanına qǝltan edǝrǝk, Türk yurdlarını xarabazara döndǝrǝrǝk, dilini, dinini, milli mǝdǝniyyǝtini mǝhv edǝrǝk.

Bir vaxtlar tarı, “Kitabi Dǝdǝ Qorqud”u belǝ yasaqlayan bu rusa etibar edilǝrmi???

Tǝlxǝk Jirinovski bugün 300 ildǝn artıq rus işğalı altında saxladıqları Türk yurdlarından oğurladıqları nefti, qazı, qızılı, dǝmiri, kömürü, uranı, brilyant vǝ digǝr yeraltı, yerüstü sǝrvǝtlǝrini saymır vǝ bu sǝrvǝtlǝr sanki rusun babasının malıymış kimi rǝftar edir. Bu hǝqiqǝtlǝr qarşısında kordur-laldır-kardır. Türkcǝdǝ Jirinovski kimilǝri üçün işlǝdilǝn bir ifadǝ var: “yavuz hırsız ǝv sahibini basar”.

Şǝxsǝn mǝn Jirinovskini qınamıram, o haqlıdır, çünki rus indi zorludur. Bu dünya da zorlu olanların dünyasıdır. Bu dünyada haqq-ǝdalǝt, insaf, mǝrhǝmǝt deyilǝn nǝsnǝlǝr yoxdur, tamamı yalan-yulandır. Bu dünyada cǝncǝl qanunu hökmrandır. Habil-Qabil zıddiyǝtindǝn üzübǝri hǝr şey maddi maraq üstündǝ qurulmuşdur. Türk xalqları tarix boyu haqqı-ǝdalǝti itirmǝmiş, ona görǝ dǝ mifoloji çağlardan bǝri yaratdığı dövlǝti davam etmiş vǝ ǝbǝdiyyǝtǝ kimi dǝ davam edǝcǝkdir. Jirinovskinin qorxduğu fakt da mütlǝq reallaşacaqdır, çünki bunu Tanrı istǝyir. Türkün qüdrǝti olmasa mǝzlumların qoruyucusu qalmaz…

Osmanlı Dövlǝtindǝ Tǝnzimat dövründǝ sǝdrǝzǝmlik, xariciişlǝr nazirliyi vǝzifǝsini yeridǝn Keçǝçizadǝ Fuad Paşa Avropada sǝfǝrdǝ olduğunda Comptǝ dǝ Montauban ilǝ söhbǝt edǝrkǝn Montauban ona “Osmanlı dövlǝti daxilǝn mǝhvǝ doğru getmǝkdǝdir. Beyhudǝ yerǝ tǝkid etmǝyin, nǝyinizǝ güvǝnirsiniz, artıq qüdrǝtiniz qalmayıb!” dedikdǝ Fuad Paşa ona bu cavabı vermişdir: “Cǝnab Montauban xeyr elǝ deyil. Türkiyǝ heç vaxt zǝfiyǝtǝ düşmǝyibdir. Bütün gücünü özündǝ saxlamışdır vǝ saxlayacaqdır. Türkiyǝ ǝn güclü vǝ dözümlü ölkǝlǝrdǝn biridir. Üç yüz ildir siz eşikdǝn vurdunuz biz içǝridǝn, yıxmaq istǝdik, ancaq heç cürǝ sarsıda bilmǝdik”.

Əziz oxucu, gǝlin bir dǝ bugünǝ baxaq. Osmanlı Dövlǝtinin tǝnǝzzülü, ölkǝnin işğalı, Atatürkün rǝhbǝrliyindǝ yeridilǝn mübarizǝ vǝ yaranan cümhuriyyǝt. Amerika vǝ Avropanın on illǝr boyu tǝzyiqi, ölkǝnin inkişafına mane olmaları, sağ-sol davası, Hizbullah, ASALA,

PKK, Fǝtö terror tǝşkilatları bunların tamamı Türkiyǝnin başına bǝla edildimi, edildi. Türkiyǝ indi hardadır! Bölgǝsinin ǝn qüdrǝtli ölkǝsi. Sübut istǝyǝn var?!

Tǝkçǝ birini deyim: Bayraqdar TB-2…

Jirinovski kimi tǝlxǝklǝr bilsin ki, imperialist vǝ işğalçılar hǝr kim olursa olsun Türkün hilalını izmihlala uğrada bilmǝyib, indǝn belǝ dǝ edǝ bilmǝyǝcǝktir, çünki bu millǝt Tanrının özü üçün yaratdığı ordudur…

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK