SON DƏQİQƏ:

“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri Şuşada - mədəniyyət sahəsində mühüm layihələr hazırlanır

  14470   |  
Şriftin ölçüsü  

Milli Məclisin yaz sessiyasında Mədəniyyət komitəsində “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bu barədə Mədəniyyət komitəsinin onlayn iclasında komitə sədri Qənirə Paşayeva bildirib.

Deputat deyib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur.

“Belə ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının, payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm layihələr hazırlanır”,-deyə Q.Paşayeva əlavə edib.

İclasda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bu sənədin qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətli olacağı vurğulanıb.

Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda müzakirə ediblər.

Q.Paşayeva bildirib ki, təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.

Komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva, Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, kino və teatr sənətinin, rəssamlığın inkişafı, yaradıcı insanlara diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK