SON DƏQİQƏ:

Təcavüzdə ittiham olunan tanınmış rejissor barədə yeni qərar - FOTO

  29389   |  
Şriftin ölçüsü  

Fransa məhkəməsi dünyaca məşhur rejissor Lük Bessona qarşı təcavüz ittihamı irəli sürülməməsi barədə qərar verib. O, “köməkçi şahid” statusu alıb.

Bu barədə “Deadline” portalı məşhurun vəkilinə istinadla xəbər yayıb.

Məlumata görə, Parisdə qapalı formada keçirilən məhkəmə iclası beş saat davam edib. Məhkəmədən sonra Besson “köməkçi şahid” (Fransa cinayət prosesində bu, şahid və təqsirləndirilən şəxs arasındakı ara statusdur) elan edilib.

“Cənab Besson səlahiyyətlilərlə tam əməkdaşlığını sürdürür, ittihamları qəbul etmir və şöhrətinin yenidən qayıdacağına ümid edir”, - deyə vəkil Maykl Kamp vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa Sand Van Roy 2018-ci ilin may ayında məhkəməyə müraciət edərək rejissoru təcavüzdə təqsirləndirilib. 27 yaşlı qadının sözlərinə görə, hadisə Parisdəki Bristol otelində baş verib. Prokurorluq doqquz ay davam edən istintaqdan sonra aktrisanın iddiasını rədd edib. Cinayət polisinə həvalə olunan istintaq rejissora qarşı ittihamları təsdiqləyə bilməyib.

Ötən ilin oktyabr ayında Fransa istintaqı, “prokurorluğun müqavimətinə baxmayaraq” Bessona qarşı təcavüz iddiasını yenidən başladıb.

Qeyd edək ki, Besson melodramdan tutmuş fantastik filmlərə qədər bütün janrlarda işləyib. O,  “Tunel”, “Leon”, “Nikita”, “Janna Dark”, “Beşinci element”, “Mələk A”, “Taksi”, “Mavi ənginlik”, “Lyusi”  və s. filmlərindəki işləri ilə tanınır.(oxu.az)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK