SON DƏQİQƏ:

Putin: “Qarabağa dair bəyanat ardıcıl həyata keçirilir”

  17997   |  
Şriftin ölçüsü  

Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat ardıcıl olaraq həyata keçirilir.

Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.

O bildirib ki, qan tökülməsini dayandırmağa nail olduq və bu, əsas nəticədir: "Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. İndi beynəlxalq birlik və şübhəsiz ki, böhranın həllində iştirak edən ölkələrin qarşısında təsirə məruz qalan bölgələrin, humanitar problemlərin, infrastrukturun, tarix, din və mədəniyyət abidələrinin qorunması və bərpasına kömək etmək kimi vəzifələr dayanır".

Putin, həmçinin Rusiyanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri göstərdiyini vurğulayıb:

“Biz münaqişədə əsas format olan ATƏT-in Minsk qrupu formatında əldə edilmiş razılaşmalara əməl etməyə çalışdıq".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-09
2021-03-08

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK