SON DƏQİQƏ:

Nazir: “Fevralın 15-dək ənənəvi təhsilə qayıtmaq istəyirik” 

  37454   |  
Şriftin ölçüsü  

"Əgər yoluxma dinamikası imkan verərsə, fevralın 15-ə qədər ənənəvi təhsilə qismən də olsa qayıtmaq istəyirik"

Adalet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, valideynlərin əksəriyyəti məktəblərin açılmasına daha çox müsbət reaksiya verir: "Bəzi valideynlər isə bu cür açılışın əleyhinədir. Əyani dərsdə şagirdin iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir. Övladının əyani təhsildə iştirakını istəməyən valideynlər məktəbə müraciət edib “İltizam sənədini” imzalamalıdır”.

E.Əmrullayev qeyd edib ki, mümkün şəraitdə dərslərin bərpa edilməsinə çalışırlar: “Bu dövrdə bizim ən böyük problemimiz şagirdlərin sosial-emosional inkişafıdır. Şagirdlər ünsiyyətdə olsunlar və evdə oturmasınlar. Tədricən ənənəvi təhsilə qayıda bilərik. Bu, təbii ki, yoluxma sayından asılı olacaq. Vaksinasiya başlanılıb və bir neçə min tibb işçisi vaksinasiya olub”.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK