adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Fevral 2021 19:00
32644
ELM VƏ TƏHSİL
A- A+

Yaşı 35-dək olan müəllimlərin sayı açıqlandı

Ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.

Adalet.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır:

"Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram".