SON DƏQİQƏ:

"Şişirdilmiş dodağına baxıb sonra gülsün" - Afətdən sərt təpki

  66904   |  
Şriftin ölçüsü  

Nigar Şabanova Afət Fərmanqızı arasında olan söz-söhbət məcrasından çıxdı. Nigarın Afətin haqqında fikir bildirməsi xanım ifaçının qəzəbinə səbəb oldu.

Adalet.az saytına açıqlama verən Afət Fərmanqızı Nigar Şabanovaya söz xırdaladı, faktlarla cavab verdi:

"Əvvəla haqqımda deməsi ki, bir qadın ağzına "давай до свидания" sözlərini alır, Nigar bu ifadəni araşdırsın. İntiqam və Ehtiram qardaşlarının toylardan birində bu kəlməni işlətməsi onları bütün Rusiyaya məşhurlaşdırdı. Elə bunun nəticəsində də həmin qardaşlar Timati ilə iş birliyi etdilər. Nigar həmin sözə görə mənə deyil, İntiqam, Ehtiram qardaşlarına gülür, yoxsa özünə?

Daha sonra söyləyir ki, onun barəsində fikir bildirməyimdən guya xəbəri yoxdur. Nigar mənim fanatımdır. Səhifəmi də gizlin-gizlin izləyir. Bir dəfə təsadüfən paylaşımlarımdan birini bəyənmişdi də.

Fanatım Nigara sual verirəm, papağımda gülməli nə var? Ucuz papaq hesab edib ona gülürsə, getsin "EmporiumBaku"dan mənə bahalısını alıb gətirsin. Həmin papağı sevə-sevə geyinərəm. Gülməyini açıq demir deyə ona görə tam şəkildə cavab verə bilmirəm. Gülməli Nigarın düşüncəsidir. Sözü deyəndə məntiqlə danışsın ki, belə gülməli situasiya ilə də üz-üzə qalmasın. Həmin papaq hər kəsin evində var. Gülməyə qalanda mən onun şişirdilmiş dodağına güləm gərək. Əvvəl normal qadın idi. Dodağını yaman günə qoyub. O mənim papağıma gülür, mən onun dodağına gülürəm. Keçmiş fotolarına baxsın, görsün necə qız imiş. İndi nə gündədir?

Mənə maraqlıdır, mənim maşınım niyə bu qədər müzakirə olunur? Nəsimidən oxudum "Qallenvagen" aldım, Nizamidən də oxuyacam, təyyarə alacam. Nigar və Nigar kimilərinin başına mənə maşın hədiyyə gələndə daş düşmüşdü, Nizamidən oxuyandan sonra kometa düşər. Xainlik pis şeydir.

Bu Nigara üçüncü cavabımdır, dördüncü ağır olacaq. Haqqımda danışmasın. Hər kəs bilir ki, birinci mən ona söz atmamışam, o, mənə söz atıb. Mən kiməsə sataşan insan deyiləm. Mənə sataşanlara isə layiqli cavab verirəm, verəcəm də.

Söyləyir ki, heç kimin içi göynəməsin. Bu ifadə qadına yaraşan bir cümlə deyil.

Buradan insanlara bir sual ünvanlamaq istəyirəm, Nigar deyir ki, gül, maşın göndərilən müğənnilər, düzdürmü? Sözü kimə atır? Təbii ki, mənə. Bu sanki ona bənzəyir ki, o yanı qaya, bu yanı qaya, içində sarı maya? Hamı bilir ki, bu yumurtadır. İndi də hər kəs bilir ki, Nigar həmin sözləri mənə ünvanlayıb.

Nigarın özü dəyərli şəxslərin adından istifadə edib özünə gül göndərtməsin, evlilik təklifləri ilə reklam tutmasın. Evlənsin sübut eləsin. Onun barəsində söyləyəcəklərim bu qədər!"

Rövşən Tahir 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK