SON DƏQİQƏ:

Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olub

  13010   |  
Şriftin ölçüsü  

Azərbaycanda səfərdə olan Qlobal Junalistlər Şurasının üzvləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüblər.

Dövlət Komitəsindən Adalet.az -a verilən məlumata görə, görüşdə Türkiyə, ABŞ, Yaponiya, İspaniya, İran, Böyük Briyaniya, Səudiyyə Ərəbistanı Krallığı və Livanın müxtəlif media orqanlarının təmsilçiləri iştirak ediblər.

Komitə sədri jurnalistlərə ötən əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşən Xocalı qətliamı, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törədilən vandalizm aktları, eləcə də münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizdə mülki əhalinin, azyaşlı uşaqların qətlə yetirilməsi barədə ətraflı məlumat verib. F.Muradov baş verən hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında, erməni yalanlarının ifşa olunmasında Azərbaycan diasporunun rolundan danışıb, xaricdə yaşayan azərbaycanlılara, hətta vəzifə borcunu yerinə yetirən diaspor jurnalistlərinə qarşı ermənilərin törətdiyi təxribatlarla bağlı ətraflı məlumat verib.

Rəhbəri olduğu Qlobal Qəzetəçilər Şurasının xətti ilə xarici jurnalistlərin dəfələrlə Azərbaycana gəldiklərini, Qarabağa səfər etdiklərini diqqətə çatdıran Mehmet Ali Dim Azərbaycanın Türkiyə üçün xüsusi yerini qeyd edib və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni edəcəklərini ifadə edib.

Görüşdə bu gün doğum günü olan Mehmet Ali Dimə Diasporla İş üzrə Dövlət Komitəsi adından təbrik təşəkkürnamə təqdim edilib.

Sonda xarici jurnalistlərin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK