adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Mart 2021 09:02
22102
HADİSƏ
A- A+

Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Əliyev Nizami Məcnun oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.