SON DƏQİQƏ:

Cəlilabad Bələdiyyəsinin sədri məsuliyyətə cəlb edildi

  15044   |  
Şriftin ölçüsü  

Prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulmasını əks etdirən videogürüntülərlə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad Bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə Ilham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK