SON DƏQİQƏ:

"Qazi oğlu qazi" - MÜSAHİBƏ

  21378   |  
Şriftin ölçüsü  

Nicat İsmayılov Fətulla oğlu 19.08.2001-ci ildə anadan olub. İkinci Qarabağ zamanı həqiqi hərbi xidmətinin 13-cü ayından qəhrəmanlıq göstərərək yaralanıb qazi olmuşdur.

- Nicat bəy, artıq müharibə bitib. Özünüzü necə hiss edirsiz? Mənəvi olaraq hər şey olduğu kimidirmi?

- Bəli, müharibə bitib, indi sadəcə müharibənin yaratdığı fəsadlar qalıb. Psixoloji problemlər..

- Yaralandığınıza görə peşmanlıq hissi olubmu heç? Psixoloji olaraq düşünmüsünüzmü ki, bəlkə belə olmasa... Bəzən narazı qazilər bunu dilə də gətirir ki, biz döyüşdük, amma gözlədiyimiz münasibət olmadı..Hər hansısa bir şeydən narazılığınız varmı?

- Xeyr, heç bir peşimanlıq hissim yoxdu, heç bir şeydən də narazı deyiləm. Mənim atamda 1-ci Qarabağ döyüşlərinin qazisidir və mən bununla da fəxr edirəm.  Vətənim üçün, torpağım üçün canımdan keçmişəm, lazım olsa, yenə də keçərəm. Heç nəyi düşünmədən.

- Onda bu hiss, yəqin ki, bir başqa olar. Atanız yaralandığınızı biləndə nə dedi? Atanızın keçdiyi döyüş yolunda siz də qazi olmusunuz..

- Bəli, yaralandığımı biləndə pis oldu təbii olaraq, atadır da. Ancaq onu deyim ki, atam fəxr elədi, fəxr edir. Dedi, sən də mənim yolumu getdin, qazi oldun..

- Qazi oğlu qazisiniz..

- Bəli..

- Haralarda döyüşdün, hansı ərazilərdə oldunuz?

- Talış kəndin alınmasında iştirak etdim ve Suqovuşanda yaralandım.. Mən həqiqi hərbi xidmətimin 13-cü ayında yaralanmışam. 27 sentyabrda komanda verildi, Tərtərin Borsunlu kəndindən hərəkət edərək, üç gün dayanmadan yeridik və Tərtərin Talış kəndinə keçid etdik. Oktyabr ayının ikisin də, 14:30 radələrində yaralanmışam. 5 saat yaralı vəziyyətdə neytral ərazidə qaldıqdan sonra təxliyə oluna bilmişəm ancaq.

- Təxliyyə zamanı özünüzdə idiniz?

- Xeyr, əvvəldən olmamışam. Sonradan mənə deyilənləri deyirəm. Ağır yaralanmışam. İki qəlpə və bir güllə yarası. Hazırda da bağırsağım çöldədir, yaxın zamanlarda əməliyyat olaraq içəri salınacaq. Belimin L1, L2 fəqərə sütunları çartdıyıb, yerimə qüsurum var. Tam yeriyə bilmirəm..

- Yaralananda döyüş gedirdi, yoxsa atəşə tutdular?

- Yox, döyüş getmirdi. Qəfildən pusquya salıb, minamyotla atəşə tutdular. Mühasirədə idik. Biz vurulduğumuz yeri almışdıq, orda mövqe tutub müdafiə edirdik. Gözlənilmədən belə oldu. Amma həmin postu əldən vermədik..

- Müharibənin ən ağrılı tərəfi budur ki, bütün günü bir yerdə olduğun, çörək yediyin, silah dostların yanında şəhid olur.. Oldumu sizdə elə?

- Təəssüf ki, oldu.. Uşaqlıq dostum var idi yanımda, şəhid oldu, eyni prizivim, digər bir əsgər yoldaşım, çox sevdiyim komandirim.. Uşaqlıq dostum qollarımda can verdi...İfadə edə bilmirəm...

- Üzbəüz erməni öldürdüyünüz oldumu?

- Bəli. Atama və mənə çatan  məlumata görə 10 erməni leşi var üstümdə...

- Necə oldu, yadınızda qalıb?

- Təəsüf ki, deyil. Travma almışam ağır, yaddaşım itmişdi. Bəzi şeyləri indi-indi xatırlayıram hələ. Bəzilərini danışıblar deyə bilirəm.

- Hansı medallarla təltif olunmusunuz?

- "Cəsur döyüşçü" medalı verilib, "Vətən müharibəsi iştirakçısı" medalını da verəcəklər.

- Nicat bəy, müsahibə üçün də, etdikləriniz üçün də çox sağ olun..Təşəkkür edirik

- Buyurun. Vətən üçün etdiklərim borcumdur. Siz də sağ olun.

Söhbətləşdi: Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK