SON DƏQİQƏ:

Şəmkirdə avtomobildən oğurluq edən şəxs saxlanılıb - FOTO

  11938   |  
Şriftin ölçüsü  

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, İntiqam Yusifov Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İ.Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK