SON DƏQİQƏ:

Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırıldı

  16807   |  
Şriftin ölçüsü  

Avstriyada yeni növ koronavirusa (COVİD-19) qarşı “AstraZeneca” vaksini vurulan 49 yaşlı qadın ölüb, 35 yaşlı qadının vəziyyəti isə pisləşib.

Adalet.az xəbər verir ki, bu barədə bu gün Avstriyada səhiyyə sahəsində təhlükəsizlik üzrə Federal Nəzarət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 49 yaşlı qadın qan laxtalanmasından həyatını itirib. Ağciyər arteriyasında tromb yaranan 35 yaşlı qadının səhhəti isə normallaşmaqdadır.  Avstriya Federal Nəzarət Xidməti bildirib ki, hazırda baş verən hər iki halın vaksinlə əlaqədar olduğu dəqiq bilinmir: “Müvafiq ekspertlərin iştirakı ilə araşdırma aparılır. Ehtiyat tədbiri olaraq vaksinin bu partiyasından istifadə edilməyəcək”.

Qeyd edək ki, martın 2-də Avstriya Federal Nəzarət Xidməti “Pfizer-BioNTech” vaksinin vurulmasından sonra 41 ölümün qeydə alındığını, ancaq bu ölümlərin vaksinlə əlaqəsinin müəyyənləşmədiyini açıqlayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK