SON DƏQİQƏ:

BUİLKİ BAYRAMLAR KÖNÜL OXŞAYIR

  12763   |  
Şriftin ölçüsü  

2020-ci il sentyabr ayının 26-da başlayan Böyük Vətən müharibəmiz bütün xalqımızın, Azərbaycanı sevən hər kəsin yaddaşına Zəfər müharibəsi kimi yazıldı. Bu Zəfər 30 ilə yaxın davam edən yurd nisgilimizi, Qarabağ həsrətimizi gözümüzdən, könlümüzdən sildi. Onun yerini sevinc yaşları, bir də Azərbaycanın bütövlüyünə Böyük inam tutdu.

Bu bir tarixi gerçəklikdi ki, Azərbaycan 30 il sevincin, bayramın nə olduğunu bilmədi, Anaların ürəyi qan ağladı. Çünki şəhidlərimizin qanı yerdə qalmışdı. Düşmən torpağımızda həyasızcasına yallı gedirdi. Nəhayət ki, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə müzəffər Ordumuz torpaqlarımızı düşmən caynağından xilas etdi. Üçrəngli bayrağımız azad olunmuş torpaqlarımızda, Azərbaycanın tacı olan Şuşada dalğalandı. Qələbə xəbərlərini bizə çatdıran Prezidentimiz, eləcə də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva öz ürək döyüntüləri ilə sevincimizə sevinc qatdılar. Onların müraciətləri, təbrikləri hamımıza, xüsusilə şəhid və qazi ailələrinə ümidlə dayaq oldu.

30 ildən sonra ilk dəfə xalqımız həqiqi bayram sevincini bir-birilə bölüşür. Məlumdur ki, bayramlar sırasında 8 Mart Beynəlxalq Qadınlar gününün və milli bayramımız olan Novruzun xüsusi yeri var. Bir ana, bir qadın kimi mən şəhid və qazi ailələrinin, onların analarının, bacılarının, qızlarının, sevgililərinin 44 günlük müharibədə nələr yaşadığını gözəl anlayıram.

Ona görə də mən onların hər birinin qarşısında baş əyir,  hər birinin şəhid qəmini bölüşür və deyirəm ki, başınızı dik tutun, sizin oğullar Azərbaycanı bütövləşdirdilər. Sizin oğullar bizə Qələbə sevinci yaşatdılar. Sizin oğullar bizə bayramların ovqatını qaytardılar.

Bu gözəl bayram günlərində ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva başda olmaqla, Azərbaycanın bütün xanımlarını təbrik edirəm, hər zaman bizimlə birlikdə olan, bizə diqqət və qayğı göstərən Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya ən xoş arzularımı bildirməklə demək istəyirəm ki, bütün Azərbaycan xanımları xoşbəxtdir. Çünki onların dəmir yumruqlu oğulları, qalib Ordusu var. Bu Ordunun Komandanı cənab İlham Əliyev və onun ən sadiq silahdaşı Mehriban xanım Əliyeva bundan sonra da Azərbaycanı qələbələrə aparacaq. İndi xalqımız öz qələbəsi və uğurları ilə dünyanın gözü önündədi. Bu ucalığı bizə Ulu Öndərimizin layiqli varisi və Ordumuz bağışladı.

Özünün intellekti, böyük dünyagörüşü, Azərbaycan tarixinə və mədəniyyətinə sevgisi ilə hər zaman sənət adamlarının, elm xadimlərinin, dindarlarımızın, bütövlükdə ehtiyac və xəstəliklə mübarizə aparan hər kəsin yanında olan Mehriban xanım Əliyeva bizim üçün həm də xeyirxahlığın simvoludur. Onun qəbul etdiyi hər bir qərar, dəstək verdiyi hər bir şəxs bu millətin sabahına göstərilən xidmətdir.

Biz Mehriban xanımla fəxr edirik!

 

Məlahət Qurbanova,

“Məlahət” MMC-nin

Baş direktoru, Azərbaycan-Kərkük Mədəniyyət

Mərkəzinin sədri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK