adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Mart 2021 21:00
21466
DÜNYA
A- A+

Daha bir ölkədə koronavirusa görə məhdudiyyətlər sərtləşdirildi

Finlandiya parlamenti ölkədə koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar 15 regionda restoran və barların fəaliyyətinin üç həftə müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edib.

Bu barədə TASS məlumat yayıb.

Məhdudiyyətlərin tətbiq olunacağı restoran və barlar yalnız onlayn sifarişləri qəbul edəcək.

Xatırladaq ki, Finlandiyada martın 1-də koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbilə fövqəladə vəziyyət elan olunub.