adalet.az header logo
  • Bakı 19°C
08 Mart 2021 22:40
24307
İDMAN
A- A+

"Barselona"nın yeni prezidentindən Messi açıqlaması

“Tarixin ən yaxşı futbolçusu seçki məntəqəsinə oğlu ilə gəldi və səs verdi. Bu, onun "Barselona"nı nə qədər sevdiyini nümayiş etdirir".

Qol.az xəbər verir ki, bu sözləri "Barselona"nın yeni prezidenti Joan Laporta klubun rəsmi saytına açıqlamasında deyib.

Komandanın kapitanı Lioenel Messinin "Barselona"dakı gələcəyi ilə bağlı sualı cavablandıran klub rəhbəri bildirib: "Biz gözəl bir ailəyik. Bu səmimiyyətin Messinin "Barselona"da qalmasına kömək edəcəyinə inanıram".

Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu ilin iyununa qədərdir.