SON DƏQİQƏ:

"Tərs gedən oyun qaydalarına tərs sillə" - AÇIQLAMA

  21340   |  
Şriftin ölçüsü  

Siyasi şərhçi Əziz Əlibəyli dünən baş verənləri adalet.az-a şərh edib. "Dünən gecə baş verənlərin pərdəarxası: Gecə saatlarında "Erebuni" aeroportunda təyyarənin boş enməsinə görə təkcə terrorçuların ailələri peşman olmayıb, demək olar ki, Azərbaycan əvvəlcədən razılaşdırılmış oyun qaydasının düzgün getmədiyin görən kimi tərs üzünü çevirib. Paşinyan - Putin görüşü, ardınca da Rusiya baş prokurorunun iki ölkəyə səfəri, nəhayət, Putinin Əliyevə zəngi, tərəflərin 10 noyabr razılaşmasına sadiq olmasını ifadə etməsi ilə hər şeyin yolunda olduğu görünür. Proses o qədər rahat və yoluna görünürmüş ki, İrəvandan birbaşa Bakıya uçan təyyarə haqda ilk xəbəri erm. parlamnetinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edir və bildirir ki, artıq təyyarə bir saata İrəvana enəcək. Lakin az sonra məlum olur ki, sözügedən hava nəqliyyatında pilotlardan başqa heç kim yoxdur. Hətta medianın aeroporta girişi belə qadağan edilir ki, gətirilənlərin kimliyi bilinməsin. Razılaşma: İlkin razılaşmaya görə Azərbaycan tərəfi 15 erməni (iddia) terrorçusunu qaytamaq üçün razılığını bildirir (Qeyri-rəsmi məlumatdır), Amma qarşılığında 10 noyabr razılaşmasının 4-cü bəndinin tam icrasını (Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır.) tələb edir. Təyyarənin Bakıdan qalxmasına az qalmış erməni adminstrasiyası sosial şəbəkələr vasitəsilə elan edir ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 8-ci maddəsini (İlk versiya nəzərdə tutulur, düzəlişdən sonra 9-cu maddə), (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.) yerinə yetirmir və ittiham tendensiyası başladır. Güman edirəm ki, bu, təyyarənin Bakı aeroportundan qalxmasına dəqiqələr qalmış yaşanır və hətta ola bilsin ki, 15 nəfər erməni əsgəri təyyarəyə oturulubmuş. Azərbaycan tərəfi onları qaytarmaqdan imtina edir və bu proseslər şübhəsiz ki, sırf qapalı qapılar arxsında yaşanan proseslərdir. Çünki terrorçularla bağlı proses yaşanmamışdan az əvvəl Azərbaycan XİN-i İKT nazirlərinin görüşündə bildirib ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana nəql edib."

Emin Piri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK