adalet.az header logo
  • Bakı 12°C
11 Aprel 2021 15:23
31485
DÜNYA
A- A+

Türkiyədə ilin əvvəlindən 40 terror aktının qarşısı alınıb - Nazir

Türkiyədə 2021-ci il ərzində 40 terror aktının qarşısı alınıb.

Adalet.az-ın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu yazıb.

Onun sözlərinə görə, 2017-ci ildən bu günə qədər 6716 terrorçu zərərsizləşdirilib, 861 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub:

"2017-ci ildə Türkiyədə 697, 2018-ci ildə 361, 2019-cu ildə 309, 2020-ci ildə 248, 2021-ci ildə isə 40 terror aktının qarşısı alınıb".