adalet.az header logo
  • Bakı 20°C
14 Aprel 2021 11:10
36014
GÜNDƏM
A- A+

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.