adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Aprel 2021 12:00
20861
MƏMLƏKƏT
A- A+

Vaqif Qarayev: Ermənilər də qələt elədiklərini etiraf etsələr...

Qələbəyə qədər həkim qruplarında " erməni millətindən olan xəstəyə baxardınız?" tipli müzakirələr olurdu bəzən....doğmasını, əzizini itirən həkimlərin nifrəti başadüşülən idi...onları qınamaq olmazdı...(erməni həkimləri də avtomatlı ermənidən fərqlənməyib heç vaxt...)

Erməni dəbilqələrinə görə utanaqmı?-Məncə, yox! Etmə, eləməsinlər prinsipi var...Tam sülhə qədər belə olacaq...

Məntiqlə Avropanı qan gölünə döndərən almanlara hamı nifrət etməlidi...amma almanlar faşist ideologiyasından əl çəkdilər...sivil dünyanın qayda-qanununa tabe oldular...səhvlərini etiraf etdilər...indi hamı ilə sülh şəraitində yaşayırlar...

Ermənilər də qələt elədiklərini etiraf edib sülh şəraitində yaşamağa razı olsalar bitəcək hər şey...çünki əbədi düşmənçilik olmur...indi heç olmaz!