SON DƏQİQƏ:

Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb

  13655   |  
Şriftin ölçüsü  

Aprelin 16-da saat 08 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Ələsgərov Pərvin Nizami oğlunun qatar vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Bakı Lokomotiv Deposuna məxsus elektrik qatarı Nərimanov rayonu ərazisində dəmiryolu xəttini keçmək istəyən piyada Pərvin Ələsgərovu vurub, nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK