adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Aprel 2021 12:33
149718
MƏMLƏKƏT
A- A+

Nazirliyin rəsmiləri Eldar Quliyevin dəfnində iştirak ediblər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edən Azərbaycanın görkəmli kino rejissoru, Xalq artisti Eldar Quliyev aprelin18-də vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Dəfndə Mədəniyyət naziri Anar Kərimov və müavinlərinin iştirak etməməsi ictimaiyyətin diqqətini cəlb edib. "Şöhrət", "Şərəf","İstiqlal" ordenləri ilə təltif olunmuş sənətkarın dəfnində Mədəniyyət Nazirliyinin rəhbərliyinin iştirak etməməsi sənət adamlarının təəccübünə səbəb olub və həmçinin çoxsaylı  sosial şəbəkə istifadəçiləri bununla bağlı öz gileylərini dilə gətiriblər.

Əldə etdiyimiz məlumata görə, əməkdaşlarında “Covid 19” virusu aşkar edildiyi üçün Mədəniyyət Nazirliyində karantin elan edilib.  Mədəniyyət Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Mətbuatla iş sektorunun əməkdaşı Məhəmməd Həmzəyevin “Ədalət” qəzetinə verdiyi məlumatda isə bildirilir ki, nazirliyin əməkdaşları başda nazir Anar Kərimov olmaqla istər xəstə olduğu dövrdə Xalq artisti Eldar Quliyevin özünü, istərsə də də vəfat etdiyi gündən onun yüksək səviyyədə dəfn olunmasını nəzarətsiz buraxmayıblar. 

“Bütün bu işlərə birbaşa nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov rəhbərlik edib. O cümlədən, Bakı Şəhər Mədəniyyət İdarəsinin  bütün əməkdaşları Eldar müəllim vəfat edən gündən bu iş üçün səfərbər olunublar”,-deyə M.Həmzəyev bildirib.

 

İLTİFAT