adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Aprel 2021 17:47
22635
DÜNYA
A- A+

İncirlik bazası Türkiyənin mülkiyyətidir - Nazirlik

İncirlik hərbi bazası Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalardan biridir, bütün obyektləri ilə Türkiyənin mülkiyyətidir.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə 1980-ci il martın 29-da imzalanmış sazişə əsasən, bazadan istifadə etmək üçün ABŞ-a icazə verir.

Bazada ABŞ hərbçiləri ilə yanaşı, İspaniya, Polşa və Qətərdən də hərbçilər və digər personal fəaliyyət göstərir.