SON DƏQİQƏ:

İmişlidə heroin alverçisi polisə hücum etdi

  13316   |  
Şriftin ölçüsü  

Aprelin 29-da İmişli rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, VAZ-21074 markalı, 57-BR-071 dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili idarə edən Oruc Ağaməmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd edərək avtomobili İmişli RPŞ-nin DYP Bölməsinin inspektorları Nicat Süleymanov və Ramil Muradovun üzərinə sürməklə sonunculara dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirib.

Oruc Ağaməmmədovun üzərinə baxış keçirilən zaman üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış, Oruc Ağaməmmədov qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK